"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, I Liqa təmsilçisi Ali Babaeini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvardla 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Ali Babaei son olaraq Kosovo təmsilçisi "Dukagjini"də çıxış edib. İranlı futbolçu ötən ilin sentyabr ayında bu klubdan ayrılıb.
İdman.biz