İtaliya çempionatının 12-ci turunda "Sassuolo" evdə "Pisa" ilə 2:2 hesablı heç-heçə edib.
İdman.Biz bildirir ki, ev sahiblərindən Nemanya Matiç və Kristian Torstvedt, qonaqlardan isə Mbala Nzola və Henrik Meyster qol vurublar.
"Sassuolo" 17 oyundan 12 xal toplayaraq İtaliya çempionatının turnir cədvəlində doqquzuncu yerdədir. "Pisa" (12 oyundan 10 xal) isə 16-cı yerdədir.
"Sassuolo" növbəti oyununu 28 noyabrda səfərdə "Komo" ilə keçirəcək. "Piza" isə 30 noyabrda "İnter"i qəbul edəcək.