"Sassuolo" baş məşqçisi Alberto Akvilanini istefaya yollayıb. Komandanın A Seriyasındakı son nəticələri rəhbərliyi bu addımı atmağa məcbur edib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Onun rəhbərliyi altında komanda son yeddi matçda altı məğlubiyyət alıb, üstəlik, bu məğlubiyyətlərin beşi ardıcıl olub. Bundan əlavə, komanda 11 tur ərzində qapısında 29 qol görüb.
"Sassuolo" artıq yeni baş məşqçi axtarışına başlayıb. Hazırda komanda turnir cədvəlində 8 xalla 17-ci pillədə qərarlaşıb.
Yayılan xəbərlərə əsasən, boş qalan posta namizədlər arasında Roberto D"Aversa və Vinçentso Montellanın adı hallanır. Hər ikisi "Roma"ya qarşı keçirilən matçda (0–3) tribunada olublar. Montella Türkiyə millisindən ayrılandan sonra hazırda işsizdir.