Azərbaycan millisi UEFA Millətlər Liqasının VI turunda bu gün İsveçin qonağı olacaq. Stokholmda "Friends" arenada baş tutacaq görüşə saat 23:45-də start veriləcək.
Veteran futbolçusu Saşa Yunusoğlu Sport24.az saytına açıqlamasında matçdan gözləntilərini bölüşüb:
"Təbii ki, hamı kimi məndə istəyirəm millimiz qələbə qazansın. Amma millimizin son oyunları və səfərdə motivasiyalı İsveçə qarşı oyunu nəzərə alsaq, bu real görünmür. Yenə də bu futboldur, hər şey ola bilər. Turnirin son oyunudur. Hələ D diviziona düşməmək üçün şans var. Ən azından millimizdən əzmkar həvəsli və nəticə üçün oyun gözləyirəm. Uğurlar arzulayıram. Bizim bir millimiz var və nə olursa olsun, dəstək verməliyik".