top
Saşa Yunisoğlu: Fransa ilə oyunda faciə gözləyənlər futbolumuzun düşmənləridir Idman.biz
13 iyun 2025, 13:50
- ↺ +

Saşa Yunisoğlu: Fransa ilə oyunda "faciə" gözləyənlər futbolumuzun düşmənləridir

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlunun Sportal.az-a müsahibəsi

- Azərbaycan millisi Macarıstanla görüşdə də uduzdu. Səncə, milli bu görüşdə uğurlu nəticə qazana bilərdi, yoxsa necə? Düşünmək olar ki, millimiz hətta San-Marinoya qalib gələ bilməz indi?

- İnanmıram ki, millimiz San-Marinoya da uduzsun, daha o qədər olmaz. Bu son iki oyuna baxsaq, fikrimcə futbolçular ağır mövsümdan sonra yorğun görünürdülər. Bəziləri il ərzində 50-yə yaxın oyun oynadılar. Belə əhəmiyyətsiz yoldaşlıq oyunlarına güc və motivasiya tapmaq çox çətindir. Hamı dincəlmək istəyir. Çünki 10-15 gündən sonra artıq gələn sezona hazırlıqlar başlayacaq. Macarıstan çox yaxşı,səviyyəli, güclü klublarda oynayan futbolçulardan ibarət bir komandadır. Onların səviyyəsi imkan verir ki, mövsümün sonunda keyfiyyətli futbol göstərsinlər.

- Həmin görüşdə uğurlu nəticə qazanmaq olardı?

- Görünürdü ki, macarlar da bütün gücünü ortaya qoymurdular. Latviya isə öz evində oynayırdı və Albaniyə ilə seçmə mərhələnin görüşünə hazırlaşırdı. Onlar bizimlə oyuna çox ciddi yanaşdılar. Nəticədə bu oyunlarda qələbə qazana bilmədik.

- Azərbaycanda çox mütəxəssis düşünür ki, millimizdə, futbolçularımızda milli ruh yoxdur. Siz də belə düşünürsüz?

- İnanmıram ki, millidə oynayan oyunçular meydançaya çıxanda məsuliyyəti dərk etmir. Bu, mümkün deyil. Deməzdim ki, milli ruhun yoxluğundan əziyyət çəkirik. Millimizin səviyyə problemi var. Futbolçular bacardığı qədər oynayırlar.

- Bəlkə heyəti sıfırdan yığmaq lazımdır?

- Hazırda millidə yığılan uşaqların 95 faizi Azərbaycanın ən yaxşılarıdır. Demək olar ki, hamı Azərbaycan çempionatında oynayır. Mahir Emreli və Renat Dadaşovu çıxmaq şərtilə, belədir. Türkiyə birinci liqasını və Albaniyə çempionatını isə saymıram. Çünki bu çempionatlar bizim Premyer Liqadan güclü deyil. Bizim Premyer Liqamız da lazım olan səviyyədə deyil. Azərbaycanda şou göstərən futbolçular Avropada rəqiblərə bütün komponentlərdə uduzurlar. Burda ruhdan söhbət gedə bilməz axı. Yenidən heyəti də qura bilməzsən. Çünki daha futbolçu da qalmayıb.

- Necə düşünürsüz, əsas problemimiz nədədir, baş məşqçidə, yoxsa futbolçuda? Qarşıda millimizi Fransaya qarşı oyun gözləyir. "Oser faciəsi"nin təkrarlanacağını gözləyənlər var. Siz də bunu düşünürsüz?

- Azərbaycan futbolun və milli komandamızın problemləri hamıya məlumdur. Bu problemlər nə futbolçulardadır, nə də baş məşqçidə. Futbolumuzun səviyyəsini yüksəltmək lazımdır. Amma necə qaldıraq? Əgər Premyer Liqa klubları məşq etməyə meydança tapa bilmirlərsə, təsəvvür edin uşaq futbolu hansı vəziyyətdədir. Birinci növbədə infrastruktur çox önəmlidir. Sənin yaxşı zavodun olmasa, yaxşı səviyyəli maşını necə istehsal edəcəksən? Milli komandada azərbaycanlılar oynayır, amma futbolçu yetişdirməklə bağlı problemlər var. Çünki infrastruktur yoxdur. Uşaqlar oynadıqları meydançalar bərbad vəziyyətdədir. Üstəgəl, yaxşı milli komandanın olması üçün azı 15-20 azərbaycanlı futbolçu yaxşı liqalarda legioner həyatı yaşamalıdırlar ki, millinin baş məşqçisinin də Avropada oynamağa bacaran futbolçulardan seçimi olsun, o da yoxdur.

Yaxşı hal odur ki, AFFA rəhbərliyi yavaş-yavaş bu problemləri aradan qaldırmağa başlayıb. İnkişaf yolunda düzgün atdımlar atmağa start vermişik. Amma biz çox gecikirik, müasir futbolu sürətli şəkildə qabağa gedir. Fernandu Santuş isə çox yaxşı təcrübəli məşqçidir, bizə xeyir verə biləcək bir məşqçidir. Amma düşünürəm ki, indiki inkişaf dövründə o bizə heç cür kömək edə bilməyəcək. Futbolu maşınlarla müqayisə edək. Tutalım ki, millimiz indi "Lada 07"yə bənzəyir, "Formula1" deyil ki, "07" sürmək üçün Şumaxer çağırmağa ehtiyac yoxdur. Bizim öz "avtoşlar"ımız var. Bizim kifayət qədər bacarıqlı yerli mütəxəssislərimiz var. Hansılar ki, canla-başla millimizin başında dura bilərlər.

Fransa oyun qabağı isə nəsə demək çətindir. Təbii ki, Fransa dünya səviyyəsində ən yaxşılardandır. Amma bu futboldur hər şey ola bilər. Şəxsən mən millimizdən yaxşı, layiqli mübariz oyun gözləyirəm. Fransa ilə görüşdə millimizdən "faciə" gözləyənlər futbolumuzun düşmənləridir. Millimizə uğurlar arzu edirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:26

Gəncə Basketbol Klubu Portuqaliyada Tarixi Qələbə Qazanıb

Futbol
Bu gün, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Futbol
Bu gün, 11:20

Alberto Ruiz Real Madrid tərəfindən 2028-ci ilə qədər qoruma altına alındı

Futbol
Bu gün, 11:20

Real, satdığı müdafiəçi Xakobo Ramonu geri qaytarmaq planlaşdırır

Futbol
Bu gün, 11:00

Xankəndinin baş məşqçisi: Bu tip penaltı məğlubiyyətimizi üzur

Qarabağ FK
Bu gün, 10:55

U-15 dünya çempionatında Azərbaycan klublarının skautlarının seçmə fəaliyyəti

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Oxşar xəbərlər