top
Saşa Yunisoğlu: Azərbaycan futbolunda dəyişikliklər vacibdir - MÜSAHİBƏ Idman.biz
08 oktyabr 2025, 15:42
- ↺ +

Saşa Yunisoğlu: Azərbaycan futbolunda dəyişikliklər vacibdir - MÜSAHİBƏ

"Həmin oyundan 30 il keçib. O vaxtdan bu yana futbol çox dəyişib".

Bunu Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan milli komandasının baş məşqçi postu Ayxan Abbasova təhvil verildi. Ukrayna ilə heç-heçədən sonra bu cür təyinat olacağını ehtimal edirdin?

– Önəmli odur ki, millimiz yerli məşqçiyə tapşırıldı. Düşünürəm ki, indiki məqamda xarici məşqçi millimizə heç bir xeyir verə bilməyəcəkdi. Ukrayna ilə oyundan sonra Ayxan Abbasovun millimizin baş məşqçi postunda qalacağına əmin idim.

– Abbasov millidə uğurlu ola biləcək? Təbii ki, qısa zamanda nəsə etmək çətindir, uzunmüddətli müqavilə olduğunu ehtimal etsək, daha bərk, daha güclü komanda yarada biləcək?

– Ukrayna ilə oyun göstərdi ki, millimizdə yerli məşqçi effektli işləyir. Bu, çox aspektdən irəli gəlir. Birinci və ən önəmlisi də, mentalitetdir. Millimizin səviyyə baxımından Avropanın bir çox komandasından geri qalır. Bu cür ağır oyunları daha çox ciddi motivasiya, yanaşma və milli ruhun gücü ilə çıxara bilərik. Heç bir xarici məşqçi bizim millimizə bunu verə bilməz. Ayxan Abbasovu millinin baş məşqçi postuna gətirmişiksə, təbii ki, ona güvənib, uzunmüddətli plan qurmaq lazımdır.

– Milliyə dəvət edilənlər arasında klublarında oynamayanlar da az deyil. Mahir Emreli artıq 5 turdur ki, "Kayzerslautern"in heyətində meydana buraxılmır. Oyun praktikası aşağı olan futbolçunun milliyə xeyir verməsi inandırıcıdır?

– Bəli, elə oyunçular var və bu millimiz üçün yaxşı hal deyil. Əgər oyunçu öz klubunda oynamırsa, düşünmürəm ki, həmin futbolçu milliyə 100 faiz xeyir verə bilsin. Amma digər tərəfdən baxanda, Ayxan Abbasovu da qınamaq olmur. Seçim o qədər də geniş deyil. Bəziləri klublarda oynamasalar belə, daimi oynayanlardan yaxşıdır. Məncə, milliyə ən yaxşılar yığılıb. Mahir Emrelinin özünü deyə bilərəm. O, Almaniya 2-ci Bundesliqasının oyunçusudur, Azərbaycanın ən yaxşı futbolçularından biridir. Son vaxtlar "Kayzerslautern"də oynamaması yaxşı deyil. Lakin Mahir peşəkardır və öz təcrübəsi, keyfiyyətləri ilə millimizə kömək edəcəyini düşünürəm.

– Azərbaycan milli komandasını qarşıda Fransa ilə oyun gözləyir. Bu görüşün afişasını düşünəndə, çoxlarının gözünüzün qarşısına 1995-ci ildəki Fransa-Azərbaycan (10:0) görüşü canlanır. Bu dəfə böyükhesablı məğlubiyyətin təkrarlanmaması üçün millimizin gücü var? Səncə, indiki millimiz 0:10 uduzan yığmamızdan daha güclü görünür?

– Həmin oyundan 30 il keçib. O vaxtdan bu yana futbol çox dəyişib. Düşünürəm ki, bu qədər keçmişə baxaraq nəyisə müqayisə etməkdənsə, irəli baxıb gələcəyi düşünməliyik. Futbolumuzun problemləri böyükdür. Millimiz də bu problemləri özündə əks etdirir. Azərbaycan yığmasındakı problemləri aradan qaldırmaq, hər şeyi düzəltmək üçün futbolumuzun fundamentində dəyişiliklər olmalıdır. Fundament isə infrastruktur və uşaq futboludur.

– Azərbaycan millisi bu tsikldə artıq bir xalı toplayıb. Fransa, Ukrayna və İslandiya ilə görüşlərdən xal götürməyimiz mümkündür, yoxsa qrupu elə bir xalla başa vuracağıq? Yəqin ki, Ayxan Abbasovun qarşısındakı əsas hədəf Millətlər Liqasında D divizionundan millini C divizionuna çıxarmaq olar?

– Məncə, bu qrupdakı son 4 oyunu Millətlər Liqasına hazırlıq kimi dəyərləndirmək lazımdır. Çünki real baxdıqda, bu oyunlarda artıq bizim qrupdan çıxmaq şansımız yoxdur. Xal qazanmağımız da inandırıcı görünmür. Amma Millətlər Liqasının D divizionunda bu səviyyəli rəqiblərə qarşı oynamayacağıq. Bu oyunlardan özümüz üçün maksimum xeyir götürməliyik ki, ML-də D divizionunun qalibi kimi C divizionuna geri qayıdaq. Millimizə və Ayxan Abbasova uğurlar arzu edirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər