top
Saşa İliç: Sumqayıtın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır Sport24.az
08 iyul 2025, 16:30
- ↺ +

Saşa İliç: "Sumqayıt"ın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır

"Sumqayıt"ın baş məşqçisi postuna təyin olunan Saşa İliçin mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, serbiyalı mütəxəssis ona ünvanlanan sualları cavablandırıb:

 

- "Sumqayıt"dan sizə təklif nə vaxt gəlmişdi? Bura gələnə qədər Azərbaycan futbolu haqda hansı məlumata sahib idiniz?

- Biz "Sumqayıt"ın prezidenti ilə Belqradda görüşdük. O, görüş zamanı böyük layihə olduğunu bildirdi. Danışığımıza görə, bir illik müqavilə bağladıq. Azərbaycan futbolu haqda bəzi məlumatları burada oynayanlardan almışam. Xüsusəndə, "Qarabağ"da oynayan serb və monteneqrolu futbolçulardan. Azərbaycan futbolu haqda bəzi məlumatlarım var. "Sumqayıt"ın stadionu, bazası ilə tanış oldum. Məni qane edir. "Sumqayıt"ın prezidenti ilə danışdığımız kimi növbəti mövsüm daha yaxşı nəticələr üçün mübarizə aparacağıq.

 

- Dediz ki, böyük layihə var, amma 1 illik müqavilə imzaladınız. Bu, bir az düz gəlmir sanki...

- Futbolda hər şey çox tez bir zamanda dəyişir. Bir illik müqavilə başlanğıcdır. Davamı gələcək. Əsas komandanı qurmalı, oyun üslubunu əmələ gətirməliyik. Vaxtımız var. Çempionata hazırlığımız davam edəcək.

 

- Növbəti mövsüm komandanın əsas hədəfi nədir?

- Mən keçən mövsüm barədə məlumatlıyam. Komandanın çıxışını qeyri-qənaətbəxş saymaq olar. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaq olacaq. Amma hər şey futbolçulardan asılıdır. Hədəflərə çatmaq üçün futbolçularımız keyfiyyətli olmalıdır.

 

- Sizi daha çox "Qalatasaray"dan tanıyırıq və bu mənada, Azərbaycanda sizə maraq ola bilər. Bu maraq işinizə mənfi və ya müsbət təsir edə bilər?

- Futbolçu ilə məşqçi arasında böyük fərq görürəm. Əgər insanlar məni futbolçu kimi tanıyırsa, daha yaxşıdır. 5 ildir ki, məşqçiyəm. Əvvəllər futbolçu olmağımın mənə ancaq xeyri dəyə bilər.

 

- Komanda ilə artıq tanış olmusuz. Mövsümün başlamasına 30 gündən bir az çox qalıb. Transferlərlə bağlı daha tez hərəkət etmək lazım gələcək?

- Mən hər bir məşqçi kimi istəyərdim ki, komanda tam hazır olsun. Amma vəziyyəti siz də bilirsiz. Komandada 16-17 oyunçu var. Klub prezidenti ilə əl-ələ verib, komandanı komplektləşdirmək istəyirik.

 

- Futbol agenti Camal Akayev Rusiya mətbuatına açıqlamasında bildirib ki, "Sumqayıt"ın ilk təklifini qəbul etməyib, sonrakı təklifi qəbul etmisiz. Hansı məqamlara görə ilk təklif alınmamışdı...

- Doğru məlumat deyil.

 

- Futbol fəlsəfəniz nədən ibarətdir?

- Əslində, bu, komandadan asılı məsələdir. ÇSKA-da işləyəndə orada daha çox hücum edirdik. Burada isə, yeni komandamda hələ ki heyət komplektləşdirilməyib, 1-2 həftəmiz var. Futbolçuların keyfiyyətindən asılı olacaq.

 

- Əvvəlki klublarda maksimum 1 mövsüm işləmisiniz. Bunun səbəbi nədir? "Nijni Novqorod"dan ayrlılmağınıza səbəb Rusiya klublarının avrokuboklara çıxa bilməməsi ola bilər?

- Məqsədim komandanı Premyer lLqada saxlamaq idi, onu da etdim. Yəqin ki, komandadan asılıdır gedişim, məndən asılı deyil. Amma nəticə əldə edə bildim. "Atromitos"a gəldikdə, müəyyən nəticələr əldə etmişik. Komandanı qəbul edəndə 3 xalı var idi, pley-off mərhələsinə daşıdım. ÇSKA-da isə 2-ci yerdə idik, liderə yaxın idik.

 

- "Nijni Novqorod"da bəyəndiyiniz oyunçular var ki, onları "Sumqayıt"a gətirəsiz?

- Hələ ki bu barədə dəqiq bir şey deyə bilmərəm. Çünki kifayət qədər çox oyunçu var.

 

- Sizdən əvvəl "Sumqayıt"ın baş məşqçisi postuna bir çox mütəxəssisin adı çəkilirdi. Necə düşünürsüz, nəyə görə Riad Rəfiyev sizinlə işləməyə üstünlük verdi?

- Onun özündən soruşarsız (gülür).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Bu gün, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Bu gün, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Bu gün, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Bu gün, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Bu gün, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Bu gün, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Bu gün, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Bu gün, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Bu gün, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Bu gün, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Oxşar xəbərlər