top
Saşa İliç Sumqayıt - Şamaxı oyunu haqqında: İkinci hissədə işlər istədiyimiz kimi getmədi Sport24.az
29 avqust 2025, 21:03
- ↺ +

Saşa İliç "Sumqayıt" - "Şamaxı" oyunu haqqında: İkinci hissədə işlər istədiyimiz kimi getmədi

Misli Premyer Liqasının III turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Çətin oyun oldu. Hər iki komanda qələbə qazana bilərdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə işlər istədiyimiz kimi getmədi.

 

– İki oyunda qol buraxmayan komanda bu gün müdafiədə zəif təsir bağışladı. Müdafiənin belə olmasının səbəbi nə idi?


– Adi vəziyyətdən qol buraxdıq. Rəqibin uzun ötürmələrindən sonra oyunda qırılmalar oldu.

 

– Qarşıdan fasilə gəlir. 2 qələbə, 1 heç-heçə etmisiz. Bu vəziyyətdə çempionatın davam etməsi daha yaxşı olardı?


– Fasilənin yaranması xeyrimizədir. "Qarabağ"la oyunda çox güc sərf etmişdik. Qələbə seriyamız davam etməsə də, bu fasilə yaxşı oldu.

 

– Transfer məsələsi nə yerdədir?
– Rəhbərlikdən soruşun.

 

– 3 turda 7 xal qazanmaq qənaətbəxşdir, ya artığını gözləyirdiniz?


– "Qarabağ"ın da bu komandaların arasında olmasına baxsaq, 3 oyuna 7 xal yaxşıdır. Çempionatın hələ başlanğıcıdır. Uyğunlaşma məsələləri var. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq.

 

– Ramalinqomun əvəzlənməsi nə ilə bağlıdır? Ninkoviçdən istədiyinizi ala bildiniz?


– Ramalinqom kifayət qədər enerji sərf etmişdi. Ona görə yorğunluğu hiss olundu. Ninkoviçin top saxlama qabiliyyəti yaxşı olduğu üçün meydana buraxdım. Ancaq kifayət qədər yaxşı oynamadı.

 

– Çempionatla bağlı mövsümün əvvəli ilə düşündüklərinizlə indiki arasında hansı fərqlər var? Nələr sürpriz oldu?


– Ətraflı danışmaq üçün vaxt lazımdır. "Qarabağ" Azərbaycanın ən güclü komandasıdır. Çempionatın çətin olacağını düşünürəm.

 

– Çempionlar Liqasında olan "Qarabağ"ı məğlub edən baş məşqçi kimi sizə vətəninizdən təbriklər gəldi?


– Xeyr, belə təbrik olmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Oxşar xəbərlər