Misli Premyer Liqasının 6-cı turunun "Sabah" – "Sumqayıt oyunundan (1:1) sonra qonaqların baş məşqçisi Saşa İliç fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirdi…
- Çox çətin oyun oldu. Bir xal qazandığımızı deyə bilərik. Ötən tur "Neftç" ilə matçda isə bir xal itirmişdik. Bu günki rəqib çox güclü idi.
- Futbolçularınızın yerdə uzun müddət qalmasını hesab edirsiz?
- Əslində oyun epizodlarinda olan şeylərdir. Güclü rəqiblə qarşılaşanda epizodlardan yaralanmaq lazimdi.
- Hakimliklə bağlı fikirləriniz necədir?
- Hakimlərlə bağlı danışmaq istəmirəm.
- Bu bir xal "Neftçi" ilə oyundakı məğlubiyyətin geridönüşü ola bilərmi?
- Ötən iki turda qələbəyə daha yaxın idik. Bu günkü oyunda güclü deyildik. "Sabah" bizdən qat-qat güclüdür. Görüləcək işlərimiz var. Formada olmayan futbolçularımız var. Heyətlə bağlı problemlərimiz var.