top
Saşa İliç Qarabağ üzərində qələbədən və çempionluq arzularından danışdı Sport24.az
Bu gün, 22:00
- +

Saşa İliç "Qarabağ" üzərində qələbədən və çempionluq arzularından danışdı

"Sumqayıt"" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Biz Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bu cür rəqiblə matçda uğurlu nəticə qazanmaq istəyirsinizsə, gərək bəxtiniz də olsun, oyununuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Onların Çempionlar Liqasında vacib oyunu var. Ümid edirəm ki, onlar Liqa mərhələsinə düşəcək və bununla mən də fəxr edəcəm.

 

- Mövsümöncəsi mətbuat konfransında bildirmişdiz ki, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, amma bu, futbolçulardan asılı olacaq. Sizi avrokuboklara daşıya biləcək futbolçular yığa bilmisiz?

- Bəli, futbolçularımı bəyənirəm, razıyam. Amma məqsədimizə çatmaq istəyiriksə, bizə bir neçə oyunçu da lazımdır. Konkret 3 oyunçunu mən görürəm. Amma olanlardan da razıyam. Bu gün göstərilən nəticə də qənaətbəxşdir.

 

- "Qarabağ"ın təzyiqinin artdığı vaxtda Nikola Ninkoviçi meydana buraxdınız. Səbəb nə idi?

- Ninkoviç dünya səviyyəli oyunçudur. Sadəcə fiziki problemi var. Amma vaxta ehtiyacı var. 90 dəqiqə fiziki cəhətdən çatdıra bilməsə də, top saxlamaq kimi qabiliyyəti var.

 

- "Qarabağ" əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?

- Problem olardı. Əsas oyunçular meydana çıxanda, problemlər yaşadıq. Xüsusilə də Yankoviçi qeyd edərdim. Onunla birlikdə də oynamışıq. Əvvəlcədən oynasaydı, böyük problem yarada bilərdi.

- Üç oyunçuya ehtiyac olduğunu bildirdiz. Hansı mövqelərə transfer lazımdı?

- Əslində, heyətimizdə oyunçular var ki, oynamalıdır. Məsələn, Süleyman. Sadəcə bilmirik vəziyyətini. Gedişata baxacağıq.

 

- Ötən mövsüm 11 oyun qol vurmayan "Sumqayıt" var idi. Amma indi iki oyundur ki, qalib gəlirsiz. Bu komandanın əsas özəlliyi müdafiə xəttidir?

- İndiki gördüyünüz "Sumqayıt" maksimal səviyyədə deyil. Çox işləməliyik ki, istədiyim səviyyəyə çataq. Komandadan istəyim çoxdur.

 

- Yerli futbolçuların səviyyəsindən və işə yanaşmalarından razısız?

- Onlar təbii ki, çalışır. Şans verirəm. Yenə verəcəm. Kənan oynayıb, bu gün də Nİhad Əhmədzadəyə şans verdim. Məşqlərdə sübut edirlər ki, oynamaq istəyirlər.

 

- İki oyundur ki, qalib gəlirsiz. Futbolçuların eyforiyaya qapılacağını düşünürsüz?

- Xeyr. Problem olacağını fikirləşmirəm. Hər yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.

 

- Mövsümün sonunda komandanız hansı pilləni tutsa, sizi razı salacaq?

- Əslində, mən çempion olmaq istəyərdim. Amma hələ tezdir. İki turdan sonra bu haqda danışmaq çox tezdir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:30

Nunu Eşpiritunun "Nottingem Forest"dən Qovulma Ehtimalı Yüksəkdir

Futbol
Bu gün, 23:12

Qurban Qurbanov "Sumqayıt"a məğlubiyyətdən və "Ferentsvaroş"la qarşıdakı oyundan danışdı

Futbol
Bu gün, 22:52

Mahir Emreli "Kayzerslautern"in məğlubiyyətində iştirak edib

Futbol
Bu gün, 22:34

Qurban Qurbanov: Bu məğlubiyyətin faydası olacaq

Futbol
Bu gün, 22:25

"İmişli" - "Neftçi" matçının videoicmalı (0:0)

Futbol
Bu gün, 22:20

Amorim: Bəzi oyunçular karyeralarında növbəti mərhələyə hazırlaşırlar

Futbol
Bu gün, 22:17

Saşa İliç: "Qarabağ"la oyunda həm bəxt, həm də oyun önəmlidir

Güləş
Bu gün, 22:17

Ayxan Cavadov U20 Dünya Çempionatında qızıl medal qazanıb

Futbol
Bu gün, 22:00

2026 Dünya Çempionatının Püşkatma Mərasimi Dekabrın 5-də Vaşinqtonda Keçiriləcək

Güləş
Bu gün, 21:56

Güləşçilərimiz dünya çempionatında qızıl medal hədəfləyiblərmiş

Tennis
Bu gün, 21:44

Forbes: Ən Çox Qazanan Tennisçilər Siyahısı - Karlos Alkaras Liderdir

Futbol
Bu gün, 21:31

Tramp 2026 Dünya Çempionatının püşkatma mərasiminin Vaşinqtonda keçiriləcəyini açıqlayıb

Futbol
Bu gün, 21:26

"Qarabağ" "Sumqayıt"a məğlub oldu: Misli Premyer Liqasının II turunda sensasiya

Futbol
Bu gün, 21:26

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

Futbol
Bu gün, 21:25

"Neftçi" heç-heçə etdi, "Qarabağ" mövsümə məğlubiyyətlə başladı

Futbol
Bu gün, 21:20

"Tottenhem" Niko Pas üçün "Komo"ya 70 milyon avro ödəyə bilər

Futbol
Bu gün, 21:01

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi (0:1)

Futbol
Bu gün, 21:00

Premyer Liqada sensasiya: "Neftçi" xal itirdi, "Qarabağ" uduzdu

Güləş
Bu gün, 20:53

Güləşçilərimiz U20 Dünya Çempionatında qazandıqları bürünc medallardan razı qalmayıblar

Futbol
Bu gün, 20:50

Kaskilya: "Neftçi ilə oyundan dərsimizi almışdıq"

Futbol
Bu gün, 20:35

"İmişli" "Neftçi"ni saxladı, "Qarabağ" "Sumqayıt"la qarşılaşdı: II tur başladı - VİDEO

Futbol
Bu gün, 20:30

"Qarabağ" "Sumqayıt"ı qəbul edir: Matçın təfərrüatları və heyətlər

Futbol
Bu gün, 20:23

Jorj Kaşkilya: "Neftçi" ilə oyundan dərsimizi almışdıq və "İmişli" heç bir rəqibdən geri qalmır

Oxşar xəbərlər