Misli Premyer Liqasının IX turunun "Zirə" – "Sumqayıt" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– "Zirə" çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı.
– Hakim idarəçiliyindən razı qaldız?
– Heç vaxt hakimlik barədə düşünmürəm. Bu, mənə aid sual deyil.