top
Santuşun “şirin” nağılıları və ya zirzəmiyə yuvarlanan futbolumuz Sport24.az
17 noyabr 2024, 10:00
- ↺ +

Santuşun “şirin” nağılıları və ya zirzəmiyə yuvarlanan futbolumuz

RƏŞAD QASIMOV

 

Fernandu Santuşun rəhbərlik etdiyi milli Millətlər Liqasının D divizionunun bir addımlığındadı. Nəzəri cəhətdən yığmanın C liqasında yerini qorumaq şansı qalsa da, çətin ki, bunu bacaracaq. Hindistan millisinin hokkeydə dünya çempionu olacağı daha real görünür, nəinki Estoniyanın qapısına yol tapa bilməyən yığmanın 2 gün sonra səfərdə İsveçi məğlub edəcəyi...

 

Millətlər Liqsının seçmə mərhələsindən öncə demək olar hamı 2 görüşdə millinin Estoniyadan 6 xal götürəcəyinə inanırdı. Ən bədbin azarkeş, mütəxəssis, idman yazarı belə ən pis halda 4 xalın "cibimizdə" olduğunu düşünürdü. Turnirin startı ərəfəsində Portuqaliya ilə Avropa çempionu olmuş məşqçinin komandanın "sükanı arxasına" dəvət olunması, millidə "ulduz" nəslin formalaşması, AFFA-da rəhbər dəyişikliyi belə düşünməyə əsas verirdi. Heç kim inanmazdı ki, seçmə mərhələnin sonunda C divizionuna düşməmək üçün mümkün, qeyri-mümkün varinatları gözdən keçirmək məcburiyyətində qalacağıq.

 

Bəlkə də dünən keçirilən oyundan sonra bəziləri ölkənin əsas komandasının rəqibdən üstün oyun sərgilədiyini, qələbəyə layiq olduğunu düşünür. Ancaq fakt faktlığında qalır, əvvəlki 5 matçda qeydə alınan nəticlər bizi qitə futbolunun zirzəmisinə aparır. Hər seçmə mərhələdən öncə nikbin olmağa çalışırıq, yığmanın bizi sevindirəcəyinə ümid edirik. Təəssüf ki, il-ildən pis gəlir, böyük sürətlə üzüaşağı gedirik, hamının qapazaltısına çevrilirik. Artıq rəqiblər bizimlə eyni qrupda yer aldıqlarına görə sevinirlər, xal planlaşdırmasında bizə potensial "6 xal" gözü ilə baxırlar.

 

Millinin başına keçən hər yeni baş məşqçi bizə yeni ümid gətirir. İşıqlı sabahdan, xoş gələcəkdən danışırıq, özümüz-özümüzü aldatmağa, şirin yalanlara inandırmağa çalışırıq. Çox maraqlıdı ki, "sükan arxasına" keçən hər yeni əcnəbi mütəxəssis də sanki xalq olaraq nağılı çox sevdiyimizi hiss edir. Elə bil bilirlər ki, biz cırtdanın təpəgözü aldatmasına, Məlikməmmədin ona pislik edən qardaşlarına humanist yanaşmasına uşaqlıqdan inanırıq. Bu səbəbdən gələn bizə nağıl danışmağı xoşlayır. Cənab Santuş da eyni yolla gedir. Berti Foqtsun, Nikola Yurçeviçin, Canni de Byazinin şirin nağıllarının davamını o söyləyir və 2028-ci ildə Avropa çempionatına yollanacaq komanda quracağından dəm vurur. Hamımız – jurnalistlər, azarkeşlər, hətta AFFA rəhbərliyi bilir və başa düşür ki, belə yanaşma ilə bu qeyri-mümkün görünür. Ancaq özümüzü bu şirin nağıla inandırmağa çalışırıq və belədə günləri həftələrə, həftəni aylara, ayları isə illərə calayırıq.

 

Nağıl dinləyə-dinləyə isə futbolumuzun canını tapşırmasına şahidlik edirik.  

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Oxşar xəbərlər