top
Santuşun “kəşf”i naminə… 3 tuş! Sport24.az
23 mart 2025, 13:17
- ↺ +

Santuşun “kəşf”i naminə… 3 tuş!

TƏRLAN ABBASZADƏ

 

Azərbaycan millisi baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında növbəti dəfə qələbəyə həsrət qaldı. Yoldaşlıq oyunu olsa da, ötən gün Haitiyə üç cavabsız qolla məğlub olduq. Bu tip matçlarda nəticə elə də önəmli olmasa da, meydanda sərgilənən oyun da futbol ictimaiyyətini razı sala bilməzdi. 

 

Portuqaliyalı mütəxəssis hələ dünən anlayıb ki, futbolçularımız "1-ci nömrə"ylə oynaya bilmir?! Hələ müdafiəyə üstünlük verib, əks-hücuma çıxmağın daha yaxşı olacağını da qabartdı. Halbuki millimiz müdafiə futbolu da oynamağı bacarmır. Bunun da bariz nümunəsi standart vəziyyətdən buraxılan qoldur. Ümumiyyətlə bu, Azərbaycan futbolunun problemlərindən birincisidir desək, yanılmarıq. Elə məhz bu mövsüm "Qarabağ" Avropa Liqasında Rumıniyanın FCSB klubu ilə oyunda hər üç qolu künc zərbəsindən buraxdı.

 

Cənab Santuş, UEFA Millətlər Liqasında 6 qarşılaşmada bu yığmanın "sükanı arxası"nda olmusan. Həmin məğlubiyyətlərdən bir az da olsun dərs çıxarmamısan? Hücum futbolu oynaya bilməyəcəyimizi görmək üçün Haitidən üç qol buraxmaq lazımdır? Olmazdımı həmin qarşılaşmada bir neçə gənc oyunçu start heyətində meydana çıxardı?! Qollar buraxandan sonra onların motivasiyasını yüksəltmək isə olduqca çətindir. 

 

Təyinatdan sonra da dəfələrlə portuqaliyalı mütəxəssisin bizə uyğun olmadığı deyilib, yazılıb. Bu, nə qədər səhv qərar olsa da, bir yolunu tapıb onunla vidalaşmaq lazımdır. Yığmanı yerli, azərbaycanlı, bizim mentaliteti bilən baş məşqçiyə tapşırmaq daha məqsədəuyğun olar. Millətlər Liqasına D Liqasına da düşmüşük, bu oyunla, bu heyətlə seçmə mərhələdə də heç nəyə ümid etmirik. Gələcəyin komandasını qururuqsa, buna baş məşqçidən başlamaq lazımdır...

 

Necə ki, U-21-də perspektivli Ayxan Abbasov işləyir və komanda dünən yoldaşlıq görüşündə Moldovanı 2:0 hesabı ilə məğlub etdi. Abbasovun bu kollektivlə daha da uğurlu nəticələr əldə etməsi, Santuşun gedişini də sürətləndirəcək. Ancaq Santuşu başqa bir Sanruş əvəzləyəcəksə, elə Santuşla davam etmək yaxşıdı.

 

Yazını atalardan qalma bir kəlamla bitirək: "Hər işdə bir xeyir var". Biz də bu məğlubiyyətdə xeyir görək. Məsələn, Fernandu müəllimin futbolçularımızın hücum futbolu oynamağı bacarmamasını görmək üçün Haitidən 3 qol buraxmağa dəyərdi…

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Oxşar xəbərlər