top
Santuş kimi “qovur”? İdman.biz
11 oktyabr 2024, 15:42
- ↺ +

Santuş kimi “qovur”?

Estoniya ilə bu gün Tallində keçiriləcək qarşılaşma Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş üçün əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, 70 yaşlı portuqaliyalı Avropa yığmalarının baş məşqçisi kimi 167-ci matçına çıxmaqla danimarkalı əfsanə Morten Olseni keçəcək.

Sonuncu 2000-ci ildən 2015-ci ilə qədər fasiləsiz şimallıların sükanı arxasında olub. Olsen Danimarkanı 166 görüşə çıxarıb.

Santuşun da hesabında hazırda eyni sayda oyun var. O, Yunanıstanı 49, Portuqaliyanı 109, Polşanı 6 matça çıxardıqdan sonra ölkəmizə gəlib. Estoniya ilə görüş onun millimizdə 3-cü, Avropa yığmaları ilə 167-ci sınağı olacaq.

Portuqaliyalı bununla da Avropa yığmalarındakı matç sayında 4-cü yeri ələ keçirəcək. Hazırda bu pilləni Olsenlə bölüşən Santuş yalnız üç mütəxəssisdən geri qalır.

Avropanın mütləq rekordçusu isə Lars Laqerbakdır. İsveç, İslandiya və Norveç millilərini çalışdırmış mütəxəssis ümumilikdə 228 qarşılaşmada iş başında olub.

İkinci yerdə millimizin sabiq baş məşqçisi Berti Foqtsdur. O, Almaniya, Şotlandiya və Azərbaycan yığmalarında 205 oyuna çıxıb.

İlk "üçlüy"ü digər alman – Yoahim Löv qapayır. Bir millidə işləməkdə rekordçu olan Almaniya yığmasının sabiq çalışdırıcısının hesabında 198 matç var.

Olseni keçdikdən sonra Santuşun növbəti hədəfi də yaxınlaşdığı "üçlüy"ə daxil olmaqdır. Lakin portuqaliyalını "qovub" çatmaq istədiyi Lövdan hazırda 32 oyun ayırır.

Qeyd edək ki, Estoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
Dünən, 21:56

“Zirə”nin futbolçusu Ktatau əməliyyatdan keçib

Futbol
Dünən, 20:31

AC Milan, beş dəfə yüksələn dəyəri olan Alessandro Romano’yu transfer etmək istəyir

Futbol
Dünən, 20:12

Mançester Siti'nin transfer seçimi: 650 min futbolçulu məlumat bazasından filtrləmə prosesi

Futbol
Dünən, 18:00

“Araz‑Naxçıvan” milli komandalarının fasilədə iki yoxlama matçı keçiriləcək

Futbol
Dünən, 17:56

İspaniya dünyəvi çempionu futbolçusundan anonim qəhrəman: 1,2 milyon dollar bonusundan imtina edib

Futbol
Dünən, 17:48

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

Güləş
Dünən, 17:03

Azərbaycanda çimərlik güləşinin Dünya Seriyası finalı üçün heyət açıqlanıb

Basketbol
Dünən, 16:18

"Sumqayıt" klubunun Elçin Salmanzadə ilə bir illik müqaviləsi

Qarabağ FK
Dünən, 15:00

U-16 milli komandamızın 22 futbolçusunun dəvət siyahısı

Boks
Dünən, 14:40

Azərbaycan boks millisi Avropada yeni 5 medal rekordunu qırdı

Minifutbol
Dünən, 14:38

“Zirə” minifutbol Çempionlar Liqasının G qrupunda ilk qələbəsini qazandı

Futbol
Dünən, 11:24

Premyer Liqa milli komandalar üçün 225 oyunçu göndərərək TOP‑5‑də birinci yerdədir

Şahmat
Dünən, 11:24

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan kişiləri Hindistan, qadınları isə Argentina ilə qarşılaşır

Futbol
Dünən, 11:09

“Qəbələ” futbol klubu Karvan‑Yevlax və Yaponiyanın U‑20 millisi ilə test matçları keçirəcək

Futbol
Dünən, 11:00

Edqar Adilxanovun milli komandada debut hekayəsi: “Gözləmirdim, xəbərim yox idi”

Futbol
Dünən, 10:54

“Turan Tovuz”da idarə heyəti dəyişir, büdcə 15 mln-dən 25 mln-ə artırılacaq

Şahmat
Dünən, 10:32

Azərbaycan şahmat milli komandalarının Hindistan və Argentinaya qarşı 8-ci tur heyətləri açıqladı

Futbol
Dünən, 06:37

Cristiano Ronaldo tənqidçilərə cavab verib: “İndi bütün güllərdən yayınacam”

Futbol
Dünən, 00:13

Lionel Messi Paulo Dybala’yı Argentina millisinin vida oyununa dəvət etdi

Futbol
23 sentyabr 2026, 22:37

İqor Angelovski: Azərbaycan millisinin performansından daha yaxşı oyun gözləyirdim

Basketbol
23 sentyabr 2026, 22:32

Neftçi baş məşqçisi Vasiliadis Parnu üzərindəki 80:67 qələbəni şərh etdi

Futbol
23 sentyabr 2026, 22:09

Azərbaycan millisi Tacikistana qarşı minimal qələbə qazandı

Futbol
23 sentyabr 2026, 20:27

Beşiktaş Mert Kömürü transfer etmək istəyir

Oxşar xəbərlər