"Brügge"nin vingeri Çemsdin Talbi "Sanderlend"ə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı mərakeşli yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Talbi "Brugge"nin yetirməsidir. Əsas komandanın heyətində 53 oyuna çıxan futbolçu 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.