"Barselona"nın (İspaniya) və Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti karyerasını bitirdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü sosial şəbəkə hesabında yazıb.
"Enişli-yoxuşlu karyeradan sonra futbolla vidalaşmağın vaxtıdır. Heçnəyə görə peşman deyiləm. Tanıdığım bütün klublara, prezidentlərə, məşqçilərə və futbolçulara təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm, "Lyon", təşəkkür edirəm, "Barselona", sağ ol, "Lill", sağ ol, "Leççe", sağ ol Fransa", - Umtiti bildirib.
Qeyd edək ki, Umtitinin sonuncu klubu ölkəsinin "Lill" klubu olub. O, Fransa millisində 31 oyunda 4 qol vurub. 2018-ci ildə futbolçu milli komanda ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Futbol Avropa futbolu dünya çempionatı Samuel Umtiti