top
Samir Musayev: “Neftçi” daxili problemlərini çözməlidir” - MÜSAHİBƏ Idman.biz
24 aprel 2025, 16:36
- ↺ +

Samir Musayev: “Neftçi” daxili problemlərini çözməlidir” - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Samir Musayevin İdman.biz-ə müsahibəsi

- Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vuruldu. "Qarabağ" və "Sabah" artıq finaldadır. Dünən baş tutan matçları necə dəyərləndirirsiniz?

- "Qarabağ" – "Araz-Naxçıvan" oyunun nəticəsində təəccüblənəcək bir şey yoxdur. İlk oyunda Ağdam təmsilçisinin məğlub olmasına baxmayaraq, yenə də kimdən soruşsaydın, onların finala keçəcəyini deyərdi. Belə də oldu. "Sabah" – "Neftçi" qarşılaşmasında isə vəziyyət bir qədər fərqli idi. Aşağı-yuxarı eyni səviyyədə komanda olduqlarına görə, hər an hər şey gözləmək olardı. Kimdə istək daha çox olsaydı, o da qalib gələcəkdi. Ancaq öncədən də düşünürdüm ki, "Sabah" ilk oyunda qazandığı nəticəni çətin əldən verə.

- "Qarabağ" - "Araz-Naxçıvan" matçında verilməyən penalti. Bu qərarın ədalətsiz olduğunu iddia edənlar var. Siz bu haqda nə düşünürsünüz?

- O penalti verilsə belə yenə də nəticə dəyişməyəcəkdi. Yenə də "Qarabağ" dörd qol vurub keçəcəkdi. Əgər biz hakimə inanmırıqsa, VAR sistemi var. Əgər VAR da penalti göstərmirsə, demək ki, yoxdur. İnanın, "Qarabağ"ın əleyhinə penalti təyin olunsaydı, millətin yarısı deyəcəkdi ki, yox idi. İstənilən halda, hakimin qərarına hörmətlə yanaşmalıyıq.

- Samir Abasovu istefaya səsləyənlərə qoşulursunuz?

- Mən həmişə demişəm və yenə deyirəm, məşqçi birillik təyin olunmamalıdır. Bunun ən real nümunəsi "Qarabağ" və Qurban Qrubanovdur. Heç bir məşqçi bir ilə heç nə qazana bilməz, bu, mümkün deyil. Klublarımız bu yanaşmanı dəyişməlidir. Məşqçi gəldi, nəticə vermədi, üç aydan sonra getsin. Belə bir şey olmur. Mütəxəssisə öz işini göstərmək üçün zaman lazımdır. Dünya futbolunda üç aydan bir məşqçi dəyişmir, bu, yalnız Azərbaycandadır. "Neftçi" bir ildə səkkiz məşqçi dəyişir. Bununla nəticə əldə etmək olmaz. Fikrimcə, Samir Abasova iki-üç il vaxt verilməli, ona yaşıl işıq yandırılmalıdır ki, öz heyətini formalaşdıra bilsin.

- Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında da heyət məsələsini xüsusi olaraq vurğuladı. Sizcə, bu amil onun üçün qalxandır, yoxsa məğlubiyyətin əsas səbəbi?

- Mən onların daxili işlərinə qarışmaq istəmirəm. Ancaq bunu mütləq deməliyəm. Samir komandaya gələndə heyətdə kimlərin olacağını bilirdi, belə olan halda niyə əvvəlcədən razılaşırdı? Məsələnin bu tərəfini də demək lazımdır. Məşqçi gələndə ya heyətini qurmalıdır, ya da əlindəki heyətə görə futbol oynatmalıdır. Hər məşqçi öz oyun üslubuna uyğun heyət formalaşdırır.

- "Neftçi" artıq ikinci ildir ki, avrokuboklardan uzaq düşür. Sizcə, bu, komanda üçün adiləşə bilər?

- İnanmıram ki, bu cür davam edə. "Neftçi" ölkənin flaqmanı sayılır, köklü komandalarımızdan biridir. Əvvəlcə klub daxilindəki problemləri həll etməlidir. Belə olan halda yenə yüksək yerlər uğrunda mübarizə apara biləcəklər. Lakin nə qədər ki, bu çempionatda "Qarabağ" var, "Neftçi" də daxil olmaqla bütün komandalar sonrakı yerlər uğrunda mübarizə aparacaq.

- Necə düşünürsünüz, kubokun sahibi hansı komanda olacaq?

- "Qarabağ" həm çempionatda, həm də avrokuboklarda oynadığı dövrdə belə ölkə çempionatında rəqibi yox idi. Düşünün ki, indi komanda çempionluğunu həll edib, bütün gücünü kuboka qoyacaq. Sizcə, belə olan halda hansı nəticəni gözləmək olar? Çempionat başlayanda əvvəlcədən birinciliyi "Qarabağ"a vermək lazımdır ki, digər komandalar ikinci və üçüncü yerlər uğrunda mübarizə aparsınlar. Onsuz da sonda "Qarabağ" çempion olacaq. Məncə, bu il də "Qızıl dubl" edəcəklər.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Futbol
Bu gün, 08:40

Antuan Arno klubun yeni prezidenti seçildi

Oxşar xəbərlər