top
Samir Musayev: Azərbaycan milli komandasının gələcəyinə ümid var Idman.biz
15 oktyabr 2025, 14:12
- ↺ +

Samir Musayev: Azərbaycan milli komandasının gələcəyinə ümid var

"Məncə, komandamız fiziki olaraq yorulmamışdı".

Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayevin futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Söhbətə milli komandamızın Fransa ilə oyunundan (0:3) başlayaq. Etiraf edək ki, əksəriyyət daha böyükhesablı məğlubiyyət gözləyirdi. Hətta "Oser faciəsi"nin təkrarlanacağını ehtimal edənlər var idi. Komandamızın Fransa ilə matçdakı çıxışını necə dəyərləndirirsiniz?

– Bəli, çox adam dediyiniz kimi fikirləşirdi. Rəqibin gücü, bəlkə də, onları belə düşünməyə məcbur edirdi, amma elə olmadı. Komandamız Fransaya qarşı yaxşı müdafiə olundu, mübarizə apardı, futbolçular əllərindən gələni etdilər. Bəli, uduzduq, ancaq meydanda mübariz komanda var idi, bunu da Ayxan Abbasov yarada bildi. Buna görə onu təbrik edirəm, uğurlar arzulayıram. Hələ görüləcək işlər çoxdur, lakin bu işlərin 80 %-i uşaq futbolunda görülməlidir.

– Fransa ilə oyunda çoxlu güc sərf edən futbolçularımızın Ukrayna ilə qarşılaşmada yorğun olacaqları ehtimal edilirdi. Ancaq bunun şahidi olmadıq. Sizcə, Ukrayna ilə görüşdə qeydə alınan hesab oyuna görə oldu? Millimiz bu matçda xala layiq deyildimi?

– Məncə, komandamız fiziki olaraq yorulmamışdı. Əksinə, məğlubiyyətə baxmayaraq, Fransaya qarşı oyun futbolçularımızda özünəinam hissini artırdı, onlara motivasiya verdi. Bu səbəbdən də millimiz Ukraynaya qarşı yaxşı oynadı. Bəli, hesab oyuna görə olmadi, amma komandamız əla oyun göstərdi. Səmimi deyim, indi gələcəyə bir az ümid var. Deyərdim ki, Ukrayna yığması bu görüşdə 6 xal qazandı.

– Ayxan Abbasovun gəlişindən sonra yığmamızda hansı müsbət dəyişikliklər nəzərə çarpır?

– Ayxan müəllimin gəlişindən sonra komandada çox şey dəyişdi. Öncə mübariz komanda, futbolçularımızda özünəinam yarandı, millimiz əzmkar oynamağa başladı. İnşallah, getdikcə hələ çox şey dəyişəcək.

– Son iki görüşdə yığmamızın oyun planında xüsusi olaraq nəyi bəyəndiniz?

– Bəllidir ki, Fransaya qarşı açıq futbol oynamaq olmaz. Həmin matçda yığmamızın yaxşı müdafiə oluna bildiyini gördük. Ukrayna ilə matçda isə hücumda oynaya bildiyimizi müşahidə etdik. İndi qalır bunları yavaş-yavaş yaxşılaşdırmaq.

– Sabiq hücumçu kimi bu fikirlə razısınızmı ki, hazırda yığmamızın ən böyük problemi məhz hücum xətti ilə bağlıdır? Layiqli "9 nömrə" çatışmır…

– Xeyr, razı deyiləm. Məncə, Nəriman Axundzadə də, Musa Qurbanlı da hazırda Azərbaycanın ən yaxşı hücumçularıdır. Bir qədər təcrübələri az ola bilər, amma zamanla bu da düzələcək. Daimi oynamasalar, necə inkişaf edəcəklər? Demək ki, daimi oynamalıdırlar.

– Yığmamız növbəti oyunlarını gələn ay Bakıda İslandiya və Fransaya qarşı keçirəcək. Bu görüşlərdən gözləntiniz nədir?

– İnanıram ki, komandamız bu iki oyunda xal götürə bilər. Son iki görüşümüz bu cür düşünməyə əsas verir. Əminəm ki, Ayxan müəllim qarşıdakı iki matça da komandanı lazımı səviyyədə hazırlayacaq. Sadəcə, inanmaq lazımdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Oxşar xəbərlər