top
Samir Əliyevdən Avrokuboklar və Azərbaycan Futbolu İlə Bağlı Müsahibə Idman.biz
05 iyul 2025, 14:39
- ↺ +

Samir Əliyevdən Avrokuboklar və Azərbaycan Futbolu İlə Bağlı Müsahibə

U-21 millimizin sabiq baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" – "Linfild" cütünün qalibi ilə görüşəcək. Bu komandalardan hansının çempionumuza rəqib olmasını istərdiniz? "Qarabağ" bu mərhələni rahat şəkildə adlaya biləcək?

– İstər "Şelburn", istərsə də "Linfild" olsun, "Qarabağ" üçün arzuolunmaz rəqiblərdir. Çünki fərqli oyun üslubları var. Daha çox güc futboluna üstünlük verirlər və standart vəziyyətlərdən maksimum yararlanmağa çalışırlar. Buna baxmayaraq, "Qarabağ" daha təcrübəli komandadır və illərlə avrokubokların qrup mərhələsində çıxış edir. Bu baxımdan, "Qarabağ" üçün fərq etməz, hansı ilə qarşılaşsa, mərhələ adlamaq şansı yüksəkdir.

– "Sabah" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Çelye" (Sloveniya) ilə qarşılaşacaq. Paytaxt klubunun yeni baş məşqçinin rəhbərliyi altında uğurlu nəticə qazanmaq şansı nə qədərdir?

– Bildiyiniz kimi, "Çelye" keçən mövsüm avrokuboklarda uğurlu çıxışı ilə yadda qalmışdı. Konfrans Liqasında 1/4 finala qədər irəliləmiş, həmin mərhələdə "Fiorentina" səddini keçə bilməmişdi. "Sabah"dan fərqli olaraq, onların tanınmış ispaniyalı baş məşqçiləri Albert Riyera 2023-cü ildən komandaya rəhbərlik edir. "Sabah"da isə yeni təyin olunmuş litvalı mütəxəssis Valdas Dambrauskas ölkəsindən kənarda da özündən söz etdirməyi bacarıb. Keçən mövsüm avrokuboklarda Liqa mərhələsində çıxış edib. O, "Sabah"da qısa vaxt ərzində öz oyun üslubunu aşılamalıdır. Rəqib güclüdür, ancaq "Sabah" da yaxşı potensiala malikdir, heyətdə fərdi keyfiyyətləri yüksək olan oyunçular cəmləşib. Bu baxımdan, bizi maraqlı oyunlar gözləyir.

– UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la üz-üz gələcək "Zirə"dən gözləntiniz nədir?

– "Zirə"nin rəqibi Xorvatiyanın adlı-sanlı klublarındandır. Xorvatiya çempionatında 3-cü yeri tutub və çempion "Riyeka"dan cəmi 2 xal geri qalıb. Bu da rəqibin gücündən xəbər verir. Ancaq "Zirə" də keçən mövsüm avrokuboklarda uğurlu çıxışı ilə yadda qalmışdı və Xorvatiya təmsilçisi "Osiyek"i turnirdən kənarlaşdırmışdı. İnanıram ki, "Zirə" bu iki qarşılaşmada layiqli mübarizə apararaq mərhələ adlayan tərəf olacaq.

– "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan "Aris"i ilə qarşılaşacaq. Bu, Naxçıvan təmsilçisi üçün avrokuboklarda debüt olacaq…

– Naxçıvan təmsilçisinin komanda olaraq avrokubok təcrübəsi olmasa da, heyətində təcrübəli futbolçular cəmləşib. Üstəlik, bu yay edilən transferlərə baxdıqda, "Araz-Naxçıvan" avrokuboklarda mərhələ keçməyə iddialı görünür. Rəqib isə Yunanıstanın köklü klublarındandır və böyük azarkeş ordusuna malikdir. Azərbaycan klublarının bundan əvvəl avrokuboklarda yunan təmsilçilərini məğlub etdiklərini bir neçə dəfə görmüşük. Çətin olacaq, ancaq mümkünsüz deyil.

– Vaxtilə Ukrayna və Rusiyada legioner həyatı yaşamısınız. Mahir Emrelinin "Kayzerslautern"ə keçidi və legioner həyatı yaşayan digər azsaylı oyunçularımız haqda nə deyə bilərsiniz? Bu yay hansı azərbaycanlı futbolçuların ölkə xaricinə çıxacağını gözləyirsiniz?

– Potensialı yüksək olan və Avropaya çıxa biləcək futbolçularımızın sayı bu gün üçün çox azdır. "Qarabağ"ın heyətində olan yerli futbolçuların isə bu il komandadan ayrılacaqlarına inanmıram, çünki avrokuboklarda qrup mərhələsində oynamaq ehtimalları yüksəkdir. Digər klublarımızın heyətlərinə nəzər saldıqda isə Mahir Emrelinin yolu ilə gedə biləcək gənc və potensiallı futbolçu hələlik görünmür. Gedənlər ola bilər, ancaq bu, hansı liqaya və hansı komandaya keçəcəklərindən asılıdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Oxşar xəbərlər