top
Samir Əliyev: Ukrayna ilə heç-heçə yerli məşqçi və mübarizənin nəticəsidir Idman.biz
10 sentyabr 2025, 13:33
- ↺ +

Samir Əliyev: Ukrayna ilə heç-heçə yerli məşqçi və mübarizənin nəticəsidir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Samir Əliyevin AZƏRTAC-a müsahibəsi

- Azərbaycan millisi ötən gün DÇ-2026-nın seçmə mərhələsinin II turunda doğma meydanda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdi. Oyun haqqında fikirləriniz maraqlıdır...

- Futbolçuların meydanın hər qarşı uğrunda mübarizə aparması sonda Azərbaycan millisinə 1 xal qazandırdı. Uşaqlar əzmkar çıxış edirdilər. Yığmanı təbrik edirəm.

- Bir çoxları Azərbaycan millisinin futbolçularının Fernandu Santuşun rəhbərliyi altında milli ruhda oynamadığını iddia edirdilər. Sizin buna münasibətiniz necədir?

- Fernandu Santuşun istefasından sonra AFFA rəhbərliyinin qısa müddətdə millinin Ukrayna ilə çətin oyununu Ayxan Abbasova tapşırması son illərdə verilmiş ən düzgün qərarlardan biri oldu. Yığmanın son nəticələri, xüsusən də İslandiya qarşı mübarizəsiz böyükhesablı məğlubiyyət bu qərarın nə qədər zəruri olduğunu göstərirdi. Futbolda uduzmaq olar, lakin mübarizə aparmadan yox. Ayxan Abbasovun isə Rüstəm Əhmədzadə ilə Abdulla Xaybullayevi milli komandaya dəvət etməsi və onlara əsas heyətdə güvənməsi həmin futbolçular üçün böyük motivasiya oldu.

- AFFA bundan sonra baş məşqçi məsələsi ilə bağlı hansı addımı atmalıdır?

- Dünənki oyun göstərdi ki, yığma bu futbolçularla yerli məşqçiyə həvalə olunmalıdır.

- Yığmanın seçmə mərhələsinin bundan sonrakı oyunlarda neçə xal yığacağını təxmin edirsiniz?

- Çətin qrupa düşdüyümüz hər kəsə məlumdur. Amma dünənki oyun göstərdi ki, bu istək və motivasiya ilə mübarizə aparsaq, İslandiyaya qarşı ev oyununda xal və ya xallar qazanmaq mümkündür. Fransa və Ukrayna ilə səfərdə isə daha ağır qarşılaşmalar gözləyir. Xüsusilə də Ukrayna dünənki heç-heçədən sonra cavab qarşılaşmasına tam fərqli motivasiya ilə çıxacaq.

- Vaxtilə işlədiyiniz U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Bolqarıstanla qollu heç-heçə (1:1) etdi. Komandanın gələcək prespektivini necə görürsünüz?

- Ötən gün U-21 millimiz də evdə ilk qolunu və ilk xalını qazandı. Qarşıda çətin oyunlar var, amma ümid edirəm ki, bu seçmə mərhələ milli üçün uğurlu olacaq. Ən önəmlisi isə odur ki, A milli komandaya yeni futbolçular cəlb olunacaq. U-21-də perspektivi və gələcəyi olan bir neçə oyunçumuz var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər