top
Samir Əliyev: Top itkiləri təkcə Nərimanın günahı deyildi, Qarabağ komanda şəklində məğlub oldu Idman.biz
12 dekabr 2025, 18:36
- ↺ +

Samir Əliyev: Top itkiləri təkcə Nərimanın günahı deyildi, "Qarabağ" komanda şəklində məğlub oldu

Joze Mourinyo, Xosep Qvardiola və Karlo Ançelotti kimi məşqçilərin də əvəzetmələri bəzən uğursuz alınır.

Bunu Azərbaycanın U-21 yığmasının sabiq baş məşqçisi Samir Əliyev deyib.

Mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Ayaks"a (Niderland) qarşı oyununu dəyərləndirib.

"Bu gün hər kəs Nəriman Axundzadəni, Qurban Qurbanovu tənqid edir. Oyun bitdikdən sonra kimisə mühakimə etmək rahatdır. Joze Mourinyo, Xosep Qvardiola və Karlo Ançelotti kimi məşqçilərin də əvəzetmələri bəzən uğursuz alınır. Öncədən hər şeyi bilmək mümkün olsaydı, nə var idi ki. Buraxılan qollar təkcə Nərimanın günahı deyildi. Düzdür, hücumda top itkilərinə yol verdi. Amma rəqib topu 80 metr daşıyıb qol vurursa, deməli, "Qarabağ" komanda şəklində məğlub olub. Belə bir ab-havada sonradan meydana daxil olmaq, oyuna uyğunlaşmaq həqiqətən çətindir. Sadəcə, ardıcıl top itkilərinə yol verdiyi, həmçinin "Qarabağ" məğlub olduğu üçün Nəriman tənqid edilir"

O, qarşıdan gələn "Ayntraxt"la (Frankfurt, Almaniya) matçda komandanın yaxşı nəticə göstərəcəyinə inanır:

"Qarabağ"ın UEFA Çempionlar Liqasına vəsiqə qazanması bir uğur idi. Rəqiblər məlum olduqdan sonra komandanın 7 xal toplayacağını heç kim gözləmirdi. "Qarabağ" bunu bacardı və hələ də şansları itməyib. İnanıram ki, "Ayntraxt"la oyuna daha ciddi yanaşacaqlar. Bu matçdan gözləntilərim böyükdür. "Qarabağ" "Ayaks"a qarşı çox gözəl oyun göstərdi. Qol vəziyyətləri yaratdı, hesabda önə çıxdı. Lakin unuduruq ki, rəqib küçədən keçən bir komanda deyildi. Baxmayaraq ki, bu mövsüm Çempionlar Liqasında qələbələri yox idi. "Ayaks"ın oyunlarına baxırdım, çox yaxşı çıxış edirlər. Nəsildəyişmə prosesi gedir. Amma sıradan komanda deyil. Bunu Bakıda da göstərdilər. Heyətdə 17-19 yaşlı futbolçular var idi. Gələcəyin ulduzlarını yetişdirirlər. Aydındır, hamı oyuna deyil, sırf nəticəyə köklənmişdi. Bu da "Qarabağ"ın turnirdəki gözəl və cəsarətli çıxışından irəli gəlirdi. Bura Çempionlar Liqasıdır, hər komanda 3-4 oyunda uduza və sonradan nəticə qazana bilər. Məsələn, "Kopenhagen" "Qarabağ"a uduzmuşdu, amma İspaniyada "Vilyarreal"ı məğlub etdi. Düzdür, başda Qurban Qurbanov olmaqla, bütün komanda, həmçinin biz də məyus olduq".

S.Əliyev "Ayaks"la görüşün bir təcrübə olduğunu vurğulayıb:

"Qurban Qurbanovun taktiki planda uduzduğunu deməzdim. Çünki hücum etdilər, qol da vurdular. Sadəcə, "Ayaks"ın günü idi. Rəqib qol vəziyyətlərindən daha yaxşı istifadə etdi. Halbuki "Ayaks"ı yetərincə təhlil etmişdilər. Hər halda, ilk dəfə deyil ki, bu səviyyədə oyuna çıxırdılar. Ümumiyyətlə, futbol yaşa baxmır. Nə qədər təcrübəli məşqçi olsan da, hər oyunda nələrsə öyrənirsən. Futbolçular üçün də bu bir təcrübədir. Qələbələr olduğu kimi, məğlubiyyətlər də var. Futbol elə buna görə gözəldir. Bu şansı bizə yaradan elə Qurban Qurbanov və onun komandasıdır. Artıq insanlar da öyrəşib. Oyunlardan əvvəl rəqiblər də "Qarabağ"dan çəkinir. Bu da illərin əziyyətidir. Qarşıda iki oyun var. "Liverpul"la bağlı nəsə demək çətindir, amma inanıram ki, "Ayntraxt"la matçda daha yaxşı nəticə qazanacaqlar".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Ayaks" matçı Niderland klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:42

“Napoli”də mövsümün əvvəlində 12 zədə, 7‑si əzələ problemi

Futbol
Bu gün, 05:35

Mbappe və Dembele 2026 Qızıl Top təqdimat mərasimində iştirak edəcəklər

Futbol
Bu gün, 04:48

Trabzondakı “Salah təpəsi” adı qoyuldu

Futbol
Bu gün, 04:13

Mbappe “El Clasico”da dubl vuruşla Real Madrid üçün 100‑cü qolunu qeyd etdi

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Oxşar xəbərlər