top
Samir Əliyev: Seçmə mərhələdə də rəqibə qalib gəlməyimiz mümkündür Idman.biz
03 sentyabr 2025, 14:43
- ↺ +

Samir Əliyev: Seçmə mərhələdə də rəqibə qalib gəlməyimiz mümkündür

Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

- Yığmamız DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu sentyabrın 5-də səfərdə İslandiyaya qarşı keçirəcək. Millimiz bu görüşdə yaxşı nəticəyə imza ata bilər?

- Bu yaxınlarda yığmamızın qapıçısı Şahrudin Məhəmmədəliyevin müsahibəsini oxudum, doğru olub-olmadığını bilmirəm. Ancaq dediyinə görə, əvvəl futbolçular milliyə daha istəkli gəlirdilər. Bu baxımdan, yığma üzvlərinin motivasiyasının hansı səviyyədə olması oyunda görünəcək. Ümid edirəm ki, Fernandu Santuş komandanı bu görüşə yaxşı hazırlaya və gözəl oyunla bizləri sevindirə biləcək.
İslandiya ilə qarşılaşmadan 4 gün sonra Bakıda Ukrayna yığmasını qəbul edəcəyik. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?
Ukrayna millisi Fransa ilə birlikdə qrupun favoriti hesab edilir və güclü heyətə malikdir. Ümid edək ki, hər seçmə mərhələdə olduğu kimi, bu dəfə də sensasiyaya imza ata biləcəyik.

- İslandiya və Ukrayna ilə matçlarda millimizin heyətində kimdən və ya kimlərdən qol gözləyirsiniz?

- Reallıq odur ki, bu gün millinin heyətinə dəvət edilən futbolçuların arasında klublarında oyun praktikası olanlar və olmayanlar var. Bir neçə mövqe var ki, orada ciddi problemlər mövcuddur. Kimin oynayıb-oynamayacağını Santuşdan başqa kimsə bilmir. Bu baxımdan, kimin qol vura biləcəyini söyləmək çətindir. Hücum xəttində yer alan futbolçulardan da qol gözləmək olar, standart vəziyyətlər zamanı müdafiəçilərimizdən də.

- Ümumilikdə, yığmamızın DÇ-2026-nın seçmə mərhələsini neçə xalla bitirəcəyini ehtimal edirsiniz?

- Qeyd etdiyim kimi, tarixə nəzər salsaq, görərik ki, hər seçmə mərhələdə qalib gəldiyimiz oyunlar olub. Bu, 1996-cı ildən tutmuş bu vaxta qədər davam edib. Bu müddətdə İsveçrə, Serbiya, Norveç, Finlandiya və s. ölkələrə qalib gəlmişik. Bu seçmə mərhələdə də hansısa komandaya qalib gəlməyimiz mümkündür.

- "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri haqda hansı fikirdəsiniz? Sizcə, çempionumuz növbəti mərhələyə adlayacaq 24 komandanın sırasına düşə və yeni tarix yaza biləcək?

- Çempionlar Liqası tamam başqa səviyyədir və orada zəif rəqib yoxdur. "Qarabağ" üçün Liqa mərhələsində çətin olacaq. Bununla belə, çempionumuzun öz oyunu ilə azarkeşləri sevindirəcəyinə əminəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Oxşar xəbərlər