top
Samir Abdullayev: Ustalıq səviyyəsinə görə geri qalırıq Sport24.az
12 sentyabr 2024, 10:00
- ↺ +

Samir Abdullayev: "Ustalıq səviyyəsinə görə geri qalırıq"

U-21-in şərəfini qoruyan Samir Abdullayev Sport24.az-a müsahibə verib. Futbolçu həm Serbiyaya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- Serbiyalı həmyaşıdlarınızla oyunda ən azı heç-heçə etmək üçün nə çatmadı?

- Oyuna yaxşı əhval-ruhiyədə çıxmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Sadəcə, əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. Son nöqtəni qoya bilsəydik, matçın gedişatı fərqli olardı...

 

- U-21 seçmə mərhələdə yaxşı çıxış etmir, cəmi bir qələbə qazanmısız. Bunun səbəbi nədir?

- Qrupdakı rəqiblərimizin futbolçuları bizdən daha üstün liqalarda çıxış edir və klublarında daim oynayırlar. Elə Serbiyanın U-21-nin heyətində həm öz ölkəsinin çempionatında çıxış edən, həm də xarici klubların şərəflərini qoruyan oyunçular var. Təcrübə baxımından da bizdən üstündürlər. Ustalıq səviyyəsinə görə geri qalırıq, amma istək və əzmkarlığımız çoxdu.

 

- Demək istəyirsən ki, U-21-in oyunçuları Premyer Liqada müntəzəm oynamamasının əziyyətini çəkir?

- Başlıca səbəblərdən biri budur. Futbolçularımız elitada nə qədər çox oynasalar, bir o qədər yaxşı formada olub yığmaya fayda verə bilərlər. Amma bu məsələdə oyunçuların özlərindən də çox şey asılıdır. Onlar güclülər dəstəsində şans qazanmaq üçün maksimum çalışmalı, məşqçilərin diqqətini cəlb etməlidirlər

 

- Səncə, əvvəllər tətbiq olunan limiti bərpa olunmalıdır?

- Fikirimcə, bərpa olunsa yaxşıdır.

 

- Bir qədər də klubun "Səbail" haqqında danışaq, komandanız qeyri- sabit çıxışıyla diqqət çəkir. Bunun səbəbi nədir?

- Tam məsuliyyətimlə deyirəm ki, bütün futbolçularımız həm məşqlərdə, həm də oyunlarda maksimum güclərini ortaya qoyurlar. Sadəcə, bir qədər bəxtimiz gətirmir. Geridə qalan 5 tura baxsaz, görərsiz ki, bütün oyunlarda meydanda döyüşüb məğlub olmuşuq. Biz ümidliyik ki, lazım olan relsə düşəcəyik. Çempionat hələ yeni başlayıb, marafon uzundu. Odur ki, qarşıdakı 31 tur ərzində əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, "Səbail" çempionatda yaxşı yerlərdə qərarlaşsın.

 

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Oxşar xəbərlər