top
Samir Abasovdan Bir az dözün çağırışı İdman.biz
01 noyabr 2024, 23:32
- ↺ +

Samir Abasovdan "Bir az dözün" çağırışı

"Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə çox əziyyət verdilər. Oyun haqda da danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxmışdı. Onsuzda "Sabah"la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda "Araz-Naxçıvan"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. Bu yola çıxmışıq. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar. Bu gün üzülürük. Ən azından "Neftçi" olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni informasiyalar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram. Durum budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Bir az dözmək lazımdır. Özümə və futbolçularıma deyirəm. Çox istəklidirlər. Zədəlilər var, onlar da tez sağalıb qayıtmaq istəyirlər. Bu periodu belə çətin oyunlarla, məğlubiyyətlərlə keçməliyik. Azarkeşlər də ümidlidir. Futbolçularım da çox üzülür. Çalışacağıq ki, vəziyyətdən çıxaq. Komanda kimi futbol göstərək, qalib gələk".

Qeyd edək ki, "Neftçi" Samir Abasovun rəhbərliyi ilə ilk dəfə uduzub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Oxşar xəbərlər