top
Samir Abasov: Yeni komandayıq, yaxşı işlər görəcəyik Idman.biz
22 avqust 2025, 20:06
- ↺ +

Samir Abasov: "Yeni komandayıq, yaxşı işlər görəcəyik"

"Azarkeşlərimizə təşəkkür edirəm. Sona dərə komandanı dəstəklədilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının II turunda "İmişli" ilə 0:0 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında deyib.

- Oyun planında nədən narazı qaldız?

- Birinci hissədə narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq. Bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Bassala Sambunun epizodu var idi. Onu dəyərləndirməli idik. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar. İkinci hissədə daha istəkli idik. Top itkiləri tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər,onlara minnətdaram.

- Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?

- Emin özü istədi.

- "Neftçi"dən yaxşı nəticələrri nə vaxt tələb etmək olar?

- Komanda olaraq formalaşmışıq. Sadəcə oyunçuların arasında bir az anlaşılmazlıq var. Uşaqlara zaman lazımdır. Futbolçularda istək yüksək səviyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.

- İlk iki turda "Şamaxı" və "İmişli" kimi qapanan komandalara qarşı oynadız. Başqa rəqiblər olsaydı, nəticələr fərqli ola bilərdi?

- Düz vurğulayırsız. Müdafiəni qurmaq asandır. Bu, o qədər də güc sərf edən bir şey deyil. Amma "Neftçi"də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün bunları etmək çətindir. Uşaqların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var.

"Neftçi" üçün transfer mövsümü bitib?

- Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır.

- Bu meydançada "İmişli" ilə oynamaq çətindir, yoxsa öz meydanınızda "Turan Tovuz"la oynaamaq?

- Süni örtükdə oynamaq çox çətindir. "Qarabağ" da burda oynayanda baş məşqçiləri vurğulayır. Meydança futbolçularda narahatlıq yaradır. "Turan Tovuz"a gəlincə,oyundan sonra danışarıq.

- Əvəzedici komandaya göndərilən Ramil Şeydayev və Ryonosuke Ohorinin aqibəti necə olacaq?

- Biz futbolçulara açıq-aşkar hər şeyi demişik və seçimi onların özlərinə buraxmışıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər