top
Samir Abasov: Sabahkı oyundan daha önəmlisi cavab görüşü olacaq Sport24.az
24 iyul 2024, 19:59
- ↺ +

Samir Abasov: "Sabahkı oyundan daha önəmlisi cavab görüşü olacaq"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"a (Macarıstan) qarşı keçirəcəkləri oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

 

- Sabah ağır və maraqlı oyun bizi gözləyir. Öz meydançamızda oynayırıq, azarkeşlərimizin də stadionu dolduracağını düşünürəm. İlk oyunumuzdur. Bilirik ki, ağır olacaq. Vacib görüşdür. Bir il bunun üçün mübarizə aparıb, gücümüzü qoymuşuq. İnşallah, sabah ümidləri doğrultmaq niyyəti ilə meydana çıxacağıq. Çətindir, amma inanıram ki, maraqlı oyun olacaq.

- Yayılan xəbərlərə görə, "Fehervar"da ciddi dəyişikliklər olub. Sponsor geri çəkilib, 6 aparıcı futbolçu komandanı tərk edib. Bütün bunların fonunda sabah onlarla başa-baş oynaya biləcəksiz?
- Rəqibdə baş verən proseslərə köklənməmişik. Onların necə çətin komanda olduğunu bilirik. Rəqibi təhlil edəndə görmüşük ki, necə ağır komandadır. Dəyişikliklər olubdur, amma gedənlərə yox, gələnlərə baxmalıyıq. Öz oyunumuza diqqət yetirməliyik.

- Sabah rəqibi nə ilə təccübləndirəcəksiz?
- Onların yoxlama oyunlarına baxmışıq. Yeni baş məşqçiləri olsa da, sistemləri dəyişməyib. Onları necə təəccübləndirəcəyimizi oyun göstərəcək. Bütün diqqətimiz öz oyunumuzda olmalıdır.

- "Sumqayıt" hələ avrokuboklarda qələbə qazana bilməyib. Bu tilsimi qıra biləcəksiz?
- Düşünürəm ki, sabahkı oyundan daha önəmlisi cavab görüşü olacaq. Sabah bir-birimizi tanıyacağıq. Təhlillər aparmışıq. Əvvəlki səhvlərin təkrarlanmaması üçün oyuna ciddi yanaşmalı, diqqətli olmalıyıq. Sabahkı oyun həlledici olmayacaq.

- Rəqib təyyarənin gecikməsi səbəbindən bugünkü məşqə çıxmayacaq. Bu, necə təsir edəcək?
- Bu haqda düşünmürəm. Bir məşqə çıxmamaq bir komandaya böyük təsir göstərməz. Bunlar bizim üçün faktor olmamalıdır. Öz oyunumuzu düşünəcəyik.

 

- Rəhbərlik tərəfindən avrokuboklarda qarşınıza hansısa hədəf qoyulub və ya düşünürsünüzmü ki, bu heyət 2-3 mərhələ keçməyə kifayətdir?
- Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Ümumiyyətlə, ötən il heç avrokubokları düşünmürdük, amma vəsiqə qazandıq. "Fehervar"la oyunlar bizim üçün böyük təcrübə olacaq. Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Heyət 2, 3 mərhələ keçmək üçün yetərli deyil, amma indi transferlərdən danışılacaq gün deyil.

 

- Yeni transferlərin performansı sizi qane edir?
- Gedən futbolçular aparıcı oyunçularımız deyildi. Bizə lazım olmayanları göndərdik. Onların əvəzinə daha lazımlı futbolçular gətirdik. Yeni transferlər üçün vaxt lazımdır. Bir neçə oyun lazımdır ki, relsə düşsünlər. Azərbaycana, komandaya uyğunlaşmaları üçün vaxta ehtiyacları var. Yoxlama oyunlarına əsasən futbolçuları qiymətləndirmək düzgün deyil, bunlar aldadıcı ola bilər. Rəqib faktoru da var. "Orenburq"la oyundan sonra bildik ki, onlar günə iki matç keçirir. Oyundan sonra düşündüm ki, onlar Rusiya Premyer Liqasında çətin qalarlar. Amma iki gün sonra çempionatda "Spartak"ı məğlub etdilər.

 

- Heyətin yetərli olmadığını dediz. Sabah uğur qazanmaq üçün nə etməlisiz?
- Futbolçuları rəqibdən uzaq etmişik. Düşünürəm ki, azarkeşlərimizin dəstəyi ilə bacardığımızı ortaya qoyacağıq.

 

- Rəhbərlik qələbə üçün mükafat ayırıb?
- Bu barədə söhbət olmayıb.

 

- İsa Sulimanın yoxluğu necə təsir edəcək?
- Son yoxlama oyununda zədələndi. Daha əvvəl nəsə olsaydı, buna hazırlaşardıq. Amma onun son matçda zədələnməsi planlarımızı pozdu. Digər itki isə bəzi oyunçuların fiziki durumu ilə bağlıdır. Bu da sabah bizə mane ola bilər.

 

- "Fehervar"ı Azərbaycanın hansı komandası ilə müqayisə etmək olar?
- Heç bir klubla müqayisə etməzdim. "Qarabağ" xaric digər klubların hər birindən bir baş üstündür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Futbol
Bu gün, 12:15

Timoteuş Puxaç, 'Sabah'dan sonra Polşada 'Lex' klubuna qayıtmaq istədiyini açıqladı

Voleybol
Bu gün, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Oxşar xəbərlər