top
Samir Abasov: Rahatlığı aradan qaldırmaq lazım idi Sport24.az
28 fevral 2025, 22:11
- +

Samir Abasov: "Rahatlığı aradan qaldırmaq lazım idi"

"Neftçi" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Azarkeşlərə təşəkkür edirəm. Bizi yaxşı dəstəklədilər. Meydançaya baxan insanlar var, bu oyunda da, "Sumqayıt"la oyunda da çox əziyyət çəkdilər. Məşq meydançalarımızı da təmizləyib, bizə şərait yaradırlar. Hamısına təşəkkür edirəm. O qədər belə insanlar var ki, kölgədə qalırlar. Onlara təşəkkür etmək borcumuzdur. 

 

- "Kəpəz"i hansı komponentdə üstələdiz?

- Bu gün komandanı oyuna hazırlamaq önəmli idi. 2:0 hesabı da təhlükəli idi, rahatlığı aradan qaldırmaq lazım idi. Uşaqlar ilk dəqiqədən göstərdilər ki, hansı niyyətlə oyuna çıxıblar. Futbol haqda danışmaq çox çətindir. Məlum məsələdir. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Sağolsunlar. Reallığı götürsək, birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəm lidi. Onu da bacardılar. 

 

- Qrafikə baxanda görürük ki, martın 22-dən sonra "Neftçi"nin çətin oyunları başlayır.... "Sabah" da kubok istəyir...

- Bəli, rəqib də kuboka köklənib. Martda hansı oyunların olduğunu bilirdim. Hər həftə oynayacağımız matçlara köklənirik. Bu mövsüm nə qopara bildiksə, qoparacağıq. Kubok olsun, çempionat olsun. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız oyunlarda da xal toplamağa çalışacağıq. 1-2 ildir ki, referilər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək... Amma elə epizodlar var ki,  TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçir. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadır. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Şiddət də yoxdur. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. Qırmızılıq bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitbaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:38

Arteta hakimlərin penaltı qərarına qəzəbləndi: “Bu gün oyun müdafiəsiz idi”

Futbol
Bu gün, 05:41

Kovaç, Dortmundun Paderborn üzərindəki 3-0 qələbəsini şərh etdi

Futbol
Bu gün, 00:14

Azər Bağırov Sumqayıtdakı 1:1 heç-heçəni və oyunun çətinliyini şərh etdi

Futbol
Dünən, 23:43

Tottenham İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyərək rekord qırdı

Basketbol
Dünən, 22:51

“Neftçi” basketbol komandası Türkiyədə iki matçda məğlub oldu

Futbol
Dünən, 22:29

“Tottenhem” Evertonla 0:0 heç-heçə, “Hall Siti” Çelsi ilə 2:2 bərabərlik - VİDEO

Futbol
Dünən, 22:28

Kəpəz, Qəbələni 1:0 məğlub etdi - Video icmalı

Futbol
Dünən, 22:07

Latsio iki qol fərqini itirdi, Milanla 2:2 heç-heçə

Futbol
Dünən, 21:55

Amil Ağacanov: “Kəpəz daha əzmkar oynadı və qalib gəldi”

Basketbol
Dünən, 21:33

Azərbaycan qadın 3x3 basketbol komandası Avropa çempionatında Ukraynaya 20:7 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 21:08

Qəbələ məşqçisi: Qələbə üçün xarakter və istək çatışmır

Futbol
Dünən, 21:05

Azər Məmmədov: “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxt lazımdır

Qarabağ FK
Dünən, 20:55

“Qarabağ-2” ev oyununda Araz‑Naxçıvan-2‑ni 3:1 məğlub edərək inamlı qələbə qazandı

Qarabağ FK
Dünən, 19:26

U-20 milli komandamızın heyəti açıqlanıb

Digər
Dünən, 19:13

“Elit Polo Club” Böyük Britaniyanın “Red Star” komandasını məğlub etdi

Futbol
Dünən, 18:59

Xviça: PSJ-də fərdi mükafatlar əhəmiyyətli deyil, komanda qazanclarına fokuslanırıq

Futbol
Dünən, 18:11

Erik Ramos, “Sabah” və “Neftçi”nin keçmiş futbolçusu, “Mançester Yunayted”‑“Sabah” matçı haqqında şərh verdi

Futbol
Dünən, 17:58

“Sabah”ın rəqibi “Viking” klubunun futbolçusunu icarəyə verdi

Qarabağ FK
Dünən, 17:27

“Qarabağ” və “Sabah” Çempionlar Liqasının son 10 ildə ən ucuz heyətli komandalar arasında – FOTO

Voleybol
Dünən, 11:29

“Gəncə” voleybol klubu Ülkər Kərimova ilə müqavilə imzalayıb

Futbol
Dünən, 06:28

Luis Holl “Nyukasl” ilə uzunmüddətli müqavilə imzaladı

Futbol
Dünən, 05:39

Neymar 2 milyon avroluq FIFA qadağasını aradan qaldırmaq üçün Santos klubuna kömək etdi

Futbol
Dünən, 04:31

Joao Pedro avqust ayı üçün İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu seçildi

Güləş
11 sentyabr 2026, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Oxşar xəbərlər