top
Samir Abasov: Kubok bizim üçün stimuldur Sport24.az
05 fevral 2025, 18:41
- ↺ +

Samir Abasov: "Kubok bizim üçün stimuldur"

"Özünüz bilirsiz, bu turnirə necə köklənmişik. Kubok bizim üçün stimuldur, özümüzə ümid kimi görürük. Qarşımıza məqsəd qoymuşuq. Çətin səfərdə qələbə qazanmaq yaxşıdır. Amma bu o demək deyil ki, sondur. Rəqibə epizodlara verdik. Özümüz də böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, bu oyun bizə nəticə olaraq digər matça hazırlaşmaq üçün motivasiya oldu, ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun əhəmiyyətini anlayırlar. Vəssalam. Gedəcəyik evə, çempionat matçına hazırlaşacağıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov ölkə kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- "Neftçi" ardıcıl 2 oyundur ki, qalib gəlir, həm də qol buraxmır. Müdafiədə daha etibarlı görünürsüz. Nə dəyişib?

- Bura gələndən seriya əldə edə bilmirdik. Komanda şəklində özümüzü tapa bilmirdik. Demirəm indi ideal durumdayıq. Sadəcə çıxış yolları axtarmağa başladıq. Fikirləşdim ki, bizim üçün ən ideal oyun içində intizamı qorumaqdır. Bunlar da rəqibə epizod verməmək, sıx oynamaq, müdafiədə bir-birini sığortalayaraq qoynamaqdır. Bunu ən yaxşı nümunəsi "Sabah" və "Şamaxı"ya qarşı görüşlərimizdir. "Kəpəz"ə qarşı bu gün oynadığımız matçı da ora daxil etmək mümkündür. Çıxış yolu tapmalıyıq.

 

- Növbəti mövsüm Premyer Liqada komanda sayı artırıldı, legioner limitinin ləğv edildi. Bu qərarlara münasibətiniz necədir?

- Bu haqda danışılmayanda mən danışmışdım. Hətta o vaxtı jurnalistlər yığılırdı ki, bəs, Samir Abasov belə şeylər dedi. Sanki Samir Abasov Azərbaycan futbolunun müqəddəratını həll edən adam idi. İndi isə belə qərar çıxdı. Dünən Tovuza qatarla yol gəlmişik. Eyni adamlar elə yanımda yenə bu haqda danışırdılar. İnanın ki, bu söhbətlərə girmədim, bu haqda fikirləşmədim. O qədər işimiz var ki, işimiz başımızdan aşıb-daşır. Kubok görüşləri, çempionat oyunları...Bu söhbətlər necə olacaq, yaxşı-pis tərəfini fikirləşməmişəm, fikirləşməyəcəm də. Hansı qərar çıxacaq, ona uyğun hərəkət edəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Dünən, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Oxşar xəbərlər