top
Samir Abasov: Kameranı söndürün, xanımlar çıxsın, mən danışım Sport24.az
10 mart 2025, 22:13
- ↺ +

Samir Abasov: "Kameranı söndürün, xanımlar çıxsın, mən danışım"

Misli Premyer Liqasının XXVI turunun "Neftçi" – "Turan Tovuz" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?

– Rəqib azlıqda qalmazdan əvvəl də yaxşı başlamışdıq. İstədiyimizi futbolçular yerinə yetirirdi. Sürət və dinamika var idi. Onsuz da rəqibin oyunu bəllidir. Bütün komandayla müdafiə olunurlar. İlk hissədə 2 real qol epizodumuz oldu. İkinci hissədə daha da çox istəkli idik. Əvəzetmələrin də təsiriylə qol vurduq. Amma 10 nəfərə qarşı hazırlaşmamışdıq.

 

– Komanda qeyri-sabitliyi tərk edə bilmir. Bütün diqqəti kuboka yönəltmisiz?

– Mən bura gələndə də çıxşş yolu kimi kuboku görürdük. Hər kəs üçün bu aydın idi. Çempionatdan heç vaxt qopmamışıq. Bütün oyunlara qalibiyyət üçün çıxırıq. Bütün futbolçularımdan razı qaldım.

 

– Ötən oyunda Ağadadaş Salyanskini tənqid etdiniz, amma yenə start heyətində idi. Niyə?

– Futbolçunu tənqid edirik və danışırıq. Bu mənim iş prinsipimdir. Xoş hal o idi ki, Ağanın vəkilləri çoxaldı, üzə çıxdı. Keçən dəfə tənqid etdik deyə bu dəfə heyətə çıxarmayacağıq deyə bir şey yoxdu. O, daha da yaxşı olmalıdır. Ağadadaş, Murad kimi futbolçular başa düşməlidir ki, bu şansdır. Baxmayaraq ki, yüksək maaş alan oyunçular ehtiyatda oturur. Mən gələndə cəmi 9 dəqiqə meydanda olmuşdu. Yerli məşqçi kimi ona şans verirəm. Hamısı şans qazanacaq.

 

– Hazırki "Neftçi" həqiqətən də azlıqda qalan "Turan Tovuz"u məğlub etmək potensialında deyil?

– Epizodların üzərində işləyirik. Amma oyunun sonlarında elə şeylər baş verir ki, orada sən özün qərar verməlisən. Rəqib 11 nəfərlə də olsaydı , eyni situasiya yaşanacaqdı bəlkə də. 10 nəfər qalmağı əlinizdə bayraq tutursuz. Rəqib çempionatda 10 qoldan 9-nu standart vəziyyətlərdən vurub. Biz əlimizdən gələn hər şeyi etdik.

 

– Dembo Darbonun zədəsi nə yerdədir?

– Darbonun zədəsi xronikidi, yoxsa reyil, bilmirəm. Qış fasiləsindən sonra isə zədəsi uzun müddətli reabilitasiya keçməsinə səbəb olub. Heyətdə minimum 23 oyunçu olmalıdır deyə onu matçın iştirak ərizəsinə salmışdıq. Milli fasilədən sonra düzələ bilər.

 

– Emin zədə səbəbindən bu oyunu buraxdı?

– Emin Mahmudov "Səbail"lə matçı da buraxacaq. Emin kimi yaşlı futbolçularda proses uzun çəkir.

 

– Sizin futbolçu vaxtı özünüzdə olan istək indiki "Neftçi"də görünmür…

– Elə deməzdim. Bu qol bizi üzdü. Amma çalışırıq ki, ən pozitiv hissələrdən özümüzçün dərs çıxaraq. Əgər kiminsə içində istək yoxdursa, bunu dəyişə bilmərik. Amma oyunçulara aşılamağa çalışırıq. Amma son vaxtlar xatırlamıram ki, hansısa oyunlarda tez təslim olaq. Komandanın, oyunçuların düşüş vaxtı olur. Amma "Kəpəz"lə oyundan sonra belə fikir sizdə formalaşırsa, razılaşmıram. Baş hakimin hər xırda şeyə cərimə verdiyi oyunda futbolçular sona qədər meydanda can qoydular.

 

– "Neftçi" digər klublar kimi deyil axı…

– Reallığı da qəbul edin. 5 xalla komandanı götürmüşük. 15-20 xal fərqlə komandanı 1-2-ci yerə gətirə bilməzsən. Bu gün pis tərəfləri deyiriksə, yaxşı tərəfləri də deyək. Məsələn, Sambu sonradan oyuna girdi və qol vurdu. Bu gün nədən narazı olum? Bu uşaqlar nə etdilər ki? Əllərindən gələni edirlər. Komandanın oyun üslubunu daha da inkişaf etdirmək üçün krüativ oyunçulara ehtiyacımız var. Gələcəkdə hər şey düzələcək.

 

– Ötən tur bəzi azarkeşlər "Neftçi"ni "Kəpəz"ə qəsdən uduzduğuna görə suçladı…

– Bu vaxta qədər niyə heç bir kluba belə suallar verilmir? Cavab nə verim? Kameranı söndürün, xanımlar çıxsın, mən danışım.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Bu gün, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Bu gün, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Oxşar xəbərlər