top
Samir Abasov: İnşallah, avrokubok və çempionat oyunlarında bu səhvləri təkrarlamayacağıq Sport24.az
17 iyul 2024, 16:41
- ↺ +

Samir Abasov: "İnşallah, avrokubok və çempionat oyunlarında bu səhvləri təkrarlamayacağıq"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, mütəxəssis bu gün başa çatan Ankara toplanışı haqqında fikirlərini bildirib.

 

- Yeni mövsümə hazırlıqlar necə gedir?

- Hazırlıqlara iyunun 18-də Sumqayıtda start verdik. 2 həftə ərzində məşqlərimiz daha çox fiziki yüklənmələr üzərində oldu. Bunun da məqsədi o idi ki, hazırlığın ikinci mərhələsini daha çox taktiki məşqlər üzərində çalışmağı planlaşdırırdıq. Baxmayaraq ki, bizim üçün istədiyimiz şərait yaradılıb, nəsə bir əskikliyimiz yoxdur, amma ümumiyyətlə, yay toplanışı dönəmi futbolçular üçün ağır keçir. Biz də bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Çünki bizi qarşıda ağır Konfrans Liqası oyunları və bütöv bir mövsüm gözləyir.

 

- Komandada ümumi durum necədir? İstədiyiniz məşqləri keçə bilmisinizmi?

- Ümumilikdə götürsək kollektivdə ab-hava yüksək səviyyədədir. Yaxşı şəraitdə məşqlər keçdik. Hazırlıq planlarımızı demək olar ki, tətbiq edə bildik. Məlumdur ki, komandamıza 4 yeni futbolçu qoşulub. Rəhim Sadıxov daha əvvəl də bu komandada çıxış etdiyi üçün uyğunlaşma problemi yaşamadı. Əcnəbilərin komandaya uyğunlaşma prosesinin asanlaşması üçün isə həm futbolçular, həm texniki heyət canla-başla hər şeyi edirlər. Yeni transferlərimizin hər biri məşqlərdə gözəl təsir bağışlayır, lakin onların oyun üslubumuza tam öyrəşə bilmələri üçün bir neçə oyun keçirməli olacaqlarını da qeyd etməliyəm. Bundan əlavə, bəzi mövqelərə yeni oyunçu axtarışımız da davam edir. Bu prosesi hələ yekunlaşdırmamışıq. Dəfələrlə demişəm ki, hazırlıq planlarımızı sadəcə Konfrans Liqası oyunları üçün deyil, bütün mövsüm üçün qurmuşuq. Bu xüsusda çalışırıq.

 

- Bəs hazırlıq oyunlarında istədiyiniz komandanı görə bildinizmi?

- Hazırlıq oyunlarını deyərdim ki 2 hissəyə bölmək olar. İlk iki oyun ağır fiziki yüklənmələrin ardından baş tutmuşdusa, son keçirdiyimiz "Adana Demirspor" qarşılaşması isə tamam başqa məcrada keçdi. Yoxlama oyunlarında qeydə alınan hesablar o qədər də önəmli deyil. Əsas məqsəd futbolçuların onlara verdiyimiz tapşırıqları meydanda düzgün icra etməsi idi ki, mənə elə gəlir ki onlar bu işin öhdəsindən gələ bildilər. Təbii ki bir sıra səhvlərimiz də oldu. Lakin mən futbolçularımı tanıyıram, onlara güvənirəm. İnşallah, avrokubok və çempionat oyunlarında bu səhvləri təkrarlamayacağıq.

 

- Sonda azarkeşlərimizə nəsə sözünüz varmı?

- Bizim üçün azarkeş anlamı tək fanat qruplarından yox, bütün Sumqayıt sakinlərindən ibarətdir. Sumqayıtlılar çətin zamanlarda bizi heç vaxt dəstəksiz qoymadılar. Stadionu doldurdular, doğma komandalarını dəstəklədilər. Biz də bunun qarşılığında uğurlu nəticələrə imza ataraq bu gün bu yerlərə gəlib çıxmışıq. İnanıram ki, "Fehervar"la oyunda, çempionat qarşılaşmalarında yenə də stadionda yerlərini alıb, bizi qələbəyə səsləyəcəklər. Bir daha vurğulayıram ki, bu yerlərə onların dəstəyi ilə gəlib çıxmışıq və bundan sonrakı uğurlarımıza da onlarla birlikdə addımlamaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Oxşar xəbərlər