top
Samir Abasov: Hazırda məqsəd kapitanın kimliyi deyil Sport24.az
19 oktyabr 2024, 20:32
- ↺ +

Samir Abasov: "Hazırda məqsəd kapitanın kimliyi deyil"

Azərbaycan Premyer Liqasının X turunun "Neftçi" – "Səbail" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

 

Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Komandamdan və məndən gözləntilərin böyük olduğunu bilirəm. İlk qələbə futbolçuların payıdır. Çünki mümkünsüz şeydir ki, məşqçi 4-5 günə nəsə dəyişsin. Futbolçuları təbrik edirəm, görüləcək iş çoxdur. Hər kəsi qələbə münasibətilə təbrik edirəm.

 

– Komandaya ağır vaxtda gəldiniz…

– Söz-söhbətləri mən də eşidirdim. Amma bura gələndə nə qruplaşma gördüm, nə artıq söhbət. Komanda çox istəklidir.

 

– Kapitanlıq sarğısını gözlənilmədən Rza Cəfərova verdiniz. Bu haqda nə deyə bilərsiniz?

– Baş məşqçi olaraq bu futbolçuların çoxunu tanımıram. Bildiyim 2-3 oyunçu var idi. Bugünkü qərarım müvəqqətidir, amma daim də ola bilər. Vacib məqam odur ki, futbolçu baş məşqçiyə hörmət etsin, ona tabe olsun. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdi. Bu, mənə xoş oldu. Hazırda məqsəd kapitanın kimliyi deyil, meydandakı durumu düzəltməkdir.

 

– Qara Qarayevi qaytarmağı düşünürsünüz?

 

– Klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa cür olardımı? Bu haqda danışa bilmərəm. Qaraya hörmətim və sevgim çoxdur. Onunla futbolçu vaxtlarımızda da bir oynamışıq. Hər zaman onun yanındayam. İnşallah, tezliklə onu meydançalarda görərik.

 

– Təyinatınızla bağlı xəbərlər çoxdan dolaşırdı. Qriqorçuk komandada olanda sizinlə danışıqlar aparılmışdı?

– Həmin vaxt danışıq olmayıb. Baş məşqçi ola-ola kiminləsə söhbətlər olmayıb. Qriqorçukdan sonra danışıqlar başladı. Razılaşdıq və qarşıya yüksək hədəflər qoyulub. Futbolçuların durumundan asılı olmayaraq, hədəflərimiz yüksəkdir və buna çatacağımıza inanırıq.

 

– Oyundan sonra Ağadadaş Salyanskiyə yaxınlaşdınız. Onunla nələr danışdınız?

– Məsələləri yerində həll etməyi xoşlayıram. Çünki sonra yadımdan çıxa bilir. Ağadadaşa məsləhətlər verirdim.

 

– "Sumqayıt"da olan zaman deyirdiniz ki, "şəhərimin komandasındayam". Amma indi o komandanı çətin durumda qoyduğunuzu düşünmürsünüz?

– O vaxt "Sumqayıt"da idim, indi "Neftçi"də. Sumqayıtlılardan həddindən artıq sevgi gördüm, klub rəhbərliyi ilə yaxşı günlərimiz oldu, ordakı hər kəsə təşəkkür edirəm. Futbolçulara hədsiz minnətdaram. Kömək etdilər ki, uğurlu mövsüm keçirim. İndi bunlar geridə qalıb, hazırda "Neftçi" haqda danışmalıyıq. Artıq burdayıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Oxşar xəbərlər