top
Samir Abasov: Ədalətli nəticə heç-heçə idi Sport24.az
17 avqust 2024, 23:30
- +

Samir Abasov: "Ədalətli nəticə heç-heçə idi"

Azərbaycan Premyer Liqasının III turunun "Sumqayıt" – "Səbail" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Sport24.az xəbər verir ki, mütəxəssis bu sözləri söyləyib:

 

"Rəqibin baş məşqçisi demişdi ki, komandamız üçüncü tura daha yaxşı gələcək. Şahin Diniyev təcrübəlidir. Ötən tur "Neftçi"yə qarşı yaxşı mübarizə aparmışdılar. Bu gün də Diniyevin dediklərinin sübutu kimi yaxşı komandaya qarşı oynadıq. "Səbail" biz də daxil olmaqla çox komandadan xal ala biləcək. Oyunda həddindən artıq mübarizə getdi. İstədiklərimizi etməyə imkan vermirdilər. Nə qədər çalışsaq da, rəqib bu gün komanda şəklində çox yaxşı oynadı. Futbolçularımı təbrik edirəm, sona qədər inancları var idi. Bir qol vurub, oyunu udacağımızı düşünürdük. Sonra qol buraxsıq da, yenə reaksiya verə bildik. Belə çətin qələbələrin bizə faydası oldu. Ədalətli nəticə heç-heçə idi. Biz bir qol vurduq, onlar da fərqləndi. Ədalətə doğru geedirdi. Belə şeylər olur, Diniyevlə razıyam. Bu gün bəzi oyunçular oyundan qorxmuşdu. İndividual olaraq özümüzə bənzəmirdik. Oyundan öncə rəqibi iki oyunun nəticəsinə görə təhlil etmişdik. Dəyişikliklərə hazır idik. İstədiklərimizin alınmamasına səbəb futbolçularımızın həddindən artıq top itkilərinə yol verməkləri idi. Bəzi boşluqları görə bilmədik. Planımızı açıqlamaq fikrim yoxdur. Bu gün gördüyümüz bəzi məqamların üzərində dayanacağıq. Təki bəzi oyunçular formada olsun. Əvəzetmələr normaldır. Birinci hissədə özlərini yaxşı göstərə bilməyənlər oldu, hazır deyildilər. Bunlar fonunda onları "Fehervar"la oyunlarda da oynatmışdıq. Bərpa üçün vaxta ehtiyac var, amma zamanımız yoxdur. Radoviçdən görmək istədiyim şeyləri görməyim üçün çox vaxt lazımdır. Amma bu, o demək deyil ki, növbəti oyunda oynamayacaq. Hər komandanın öz siyasəti var. Bizim də siyasətimiz var. Bu, nədən ibarətdir? Rəhbərliyimiz menecerlərlə, klub rəhbərləri ilə əməkdaşlıqları, tanışlıqları, dostluqları var. Bunların sayəsində gələcəkdə fayda verəcək fikri ilə komandaya gətirilir. Tresor Mossi də belə gələnlərdəndir. İndi bu gün əsas oyunçularımızdandır və yetərincə razıyıq. Bunlar normal şeylərdir. Hökmən mən o oyunçuları tanımalıyam deyə bir şey yoxdur. Sabah mən burda olmaya bilərəm, amma layihə davam edir. Bizə fayda verəcək, uyğun ola biləcək oyunçular rəhbərliyə təklif edilir. Biz bildiririk ki, filan mövqelər üzrə oyunçular lazımdır. Bu yöndə də işlər gedir. Transfer məsələsi qeyd etdiyim layihə əsasında olur. Düşünürəm ki, az maddiyat qarşılığında gələnlər gələcəkdə bizimçün faydalı olacaqlar".

 

Qeyd edək ki, günün digər matçında "Turan Tovuz" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlib. 

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:14

Saka və Timber zədə səbəbindən "Sportinq" ilə oyunu buraxacaqlar

Futbol
Bu gün, 05:17

Yamalın "Atletiko" oyununda Flikin köməkçisinə reaksiyası: Qəzəbin səbəbi açıqlandı

Futbol
Bu gün, 04:12

"Atletiko Madrid" yenidən La Liqada hakimlikdən narazıdır

Futbol
Bu gün, 03:05

Zədəli Rafinya "Atletiko Madrid"lə oyunda komandasına dəstək olacaq

Futbol
Bu gün, 02:08

Lotar Matteus Vinisiusun Daimi Təxribatlarına Toxunub

Futbol
Bu gün, 01:43

Əliyar Ağayev və Cavid Cəlilov "Turan Tovuz" - "Zirə" oyunundakı qərarlarına görə oyunlardan kənarlaşdırılıb

Futbol
Bu gün, 01:26

Kompani: "Real"la oyunda nəticə detallardan asılı olacaq

Futbol
Bu gün, 01:18

"Milan" "Napoli" səfərindən xalsız qayıdır

Futbol
Bu gün, 01:11

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 01:07

"Jirona" "Vilyarreal" üzərində minimal hesablı qələbə qazanıb

Futbol
Bu gün, 01:04

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Bu gün, 00:49

A Seriyası: "Napoli" "Milan" üzərində qələbə qazandı, "Yuventus" və "Atalanta" da qalib gəldi - YENİLƏNİB

Olimpiada
Bu gün, 00:32

Ümumdünya Antidopinq Agentliyinin keçmiş prezidenti Kreyq Rid vəfat edib

Minifutbol
Bu gün, 00:13

Azərbaycanla oyunlar ərəfəsində Qazaxıstan futzal millisinin heyətində dəyişiklik

Futbol
Dünən, 23:54

Rio Ferdinand Lamin Yamalın futbol sevgisini alovlandırdığını deyir

Futbol
Dünən, 23:39

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Futbol
Dünən, 23:08

"Real Madrid" Kamavinqanı sərfəli təklif gələrsə satmağı düşünür

Boks
Dünən, 22:55

"Böyük İpək Yolu" turnirində Azərbaycan boksçuları finala vəsiqə qazanıb, 10 bürünc medal əldə edilib

Futbol
Dünən, 22:53

Qurban Qurbanov: Komandada düzgün xarakter olmasa, nəticələr də olmaz

Basketbol
Dünən, 22:38

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsinin oyunları - "Şəki" "Quba"nı, "Naxçıvan" isə "Sərhədçi"ni məğlub edib

Basketbol
Dünən, 22:25

"Naxçıvan" basketbol komandası pley-offa yüksəldi

Boks
Dünən, 22:23

Böyük İpək Yolu turniri: Azərbaycanlı boksçulardan 11-i finalda

Voleybol
Dünən, 22:07

Azərbaycanda voleybol məşqçiləri üçün FIVB-nin iştirakı ilə kurs keçirilib - FOTO

Futbol
Dünən, 22:06

"Yuventus" "Cenoa"nı məğlub edib, "Atalanta" "Leççe"ni darmadağın edib, "Udineze" və "Komo" heç-heçə oynayıb

Oxşar xəbərlər