top
Samir Abasov: Bir xalla oyundan ayrılsaydıq, daha yaxşı olardı Sport24.az
06 oktyabr 2024, 22:55
- ↺ +

Samir Abasov: "Bir xalla oyundan ayrılsaydıq, daha yaxşı olardı"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, oyundan meydan sahiblərinin  baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Rəqibi təbrik edirəm. Bir xalla oyundan ayrılsaydıq, daha yaxşı olardı. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardıq. Futbolçular meydanda canlarını qoydular. Belə matçlarda bəxt də lazımdır ki, qol buraxmayasan. Oyuna nəzarət "Qarabağ"da olsa da, biz də epizodlar yaratdıq. Qarşıdakı oyunlara hazırlaşacağıq.

 

- Komandada qol vurmaq problemi var. Epizodlar yaratsanız da, fərqlənmək olmur...

- Belə problemlər yaşayırıq. Açığı, hücumçulardan istədiklərimizi ala bilmirik. Düşünürük ki, problemlər onlardadır. İşimiz nədir? Problemləri görür və komandanı ən azı daha yaxşı etməkdir. Bu yöndə işlər görürük. Amma hansısa oyunçunun yerinə gedib topa vurası deyilik. Görünən odur ki, hücumçularımızda problemlər var. Hücumlarımızı daha da artırmalıyıq. Bir neçə şans yaratmalıyıq. O qədər imkan yaratmalıyıq ki, qol vurub, oyundan çıxa bilək. Bu yöndə işləyəcəyik. Fikrimizi başqa hücumçulara yönəldəcəyik. Kimisə kəsib atacayıq demirəm, amma hücumda fərqli oyunçuları yoxlamalıyıq. Fikirlərimiz budur. 

 

- Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?

- Xeyr, tam hazır deyillər. Hər oyun dəyişikliyə əl atırıq. Ötən il də bu problemi yaşayırdıq. Futbolçuları yaxşı vəziyyətə gətirməliyik. Komandanın pis oynadığını düşünmürəm. Yaxşı oynamağa başlamışıq. Bəzi oyunçularla yaşanan problemlər də var: uyğunlaşma, qol vurma gözləntisi və s. Bunları aradan qaldırmalıyıq.

 

- Rəhim Sadıxovun oynamamasının səbəbi nədir?

- Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Düşünürəm ki, fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni transferimiz gürcü futbolçunun yaxşı keyfiyyətləri var, ona çox inanıram. Bu gün bizə fayda verəcək oyunçularla oynamağımız daha məqsədəuyğundur.

 

- "Neftçi"dən təklif gəlsə, gedərsiniz?

- Bu haqda danışmaq istəmirəm.

 

Nuh

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Oxşar xəbərlər