top
Samir Abasov: Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb Sport24.az
22 sentyabr 2024, 23:10
- ↺ +

Samir Abasov: "Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb"

Premyer Liqanın VII turunun "Sumqayıt" – "Zirə" oyunundan (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın çalışdırıcısı əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımların atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Futboldan kənar söhbətlərə başları qarışır. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Bu gedişlə növbəti iki oyunu da uduzmağa gedirik. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil.

 

– Yeni transferlərlə bağlı nəsə etmək lazımdır?
– Xeyr. Komanda olaraq formada deyilik, balans yoxdur. Fikirləşirəm ki, bir komanda 3-4 nəfər yeni gələnlər oynayırsa, fiziki formadan uzaqdırlarsa, digərlərinə də təsir edəcək. Yəni, digər oyunçular məcburdur ki, çox qaçsın, güc sərf etsinlər. Komandada fiziki baxımdan disbalans var. Bu da yenilərlə deyil, köhnələrlə bağlıdır. Bəzi oyunçuların başı futboldan kənar söhbətlərə qarışıb. Hansı söhbətlər olduğunu demirəm, özləri başa düşürlər. Gedişat pisdirsə, öz karyeraları üçün də pis ola bilər. Oynamayacaq, formadan düşəcəklər.

 

– Futbolçuların "şişməsi" nə ilə bağlıdır?
– Yaxşı mövsümdən sonra bəzi oyunçulara təkliflər gəldi. Sanki indi o havada qalıblar. Deyəsən, elə düşüncədədirlər ki, bura olmasa, gedəcək yerimiz var. Yəni, arxayınlıqları var. Çalışıram ki, loru dildə danışım, başa düşsünlər.

 

– Hansısa cərimə forması yoxdur?
– Belə şeylər etmək fikrimiz yoxdur. Həmin futbolçular öz formalarından həddindən artıq uzaqdırlar. Başqa səbəb tapa bilmirəm. İstəyi, arzunu görmürük. Getdikcə pisə doğru gedir. Belə davam edəcəksə, qarşısını kəsməliyik.

 

– Ötən ilin 7 turunda da uğursuz nəticələr var idi. İndi də eyni haldır. O vaxtki motivasiyanızdan indi nələr dəyişib?
– Məğlub olanda motivasiya da gedir. Bunlar normal haldır. Ümumi komanda şəklində enişdəyik. Bunu baş məşqçi qaldırmalıdır, anlayıram. Ancaq səbəblər var. Motivasiyanın enişində səbəb uğursuz nəticələrdir. Mən tərəfdən nələrsə dəyişməyib. İşləyirik, qələbə istəyirik və olacaq da, sadəcə, düşdüyümüz vəziyyətin səbəblərini axtarırıq. Motivasiya baxımından məndə eniş görürsünüzsə, bəlkə, elədir. Amma problem olduğunu düşünmürəm.

 

– Rəhim Sadıxov sanki komandada balansı pozur. Ancaq sona qədər meydanda qalır. Məcburiyyətdən edirsiniz, ya necə?
– Hər futbolçuya şans vermək lazımdır. Bu gün Rəhim bizə kömək etmir. Əksinə, ötən mövsüm oynadığımız oyunu pozur. Ancaq çalışıram ki, digər oyunçuları da başa düşüm. Heç bir futbolçunun sonsuz limiti yoxdur. Matçdan sonra paltardəyişmə otağına artıq növbəti görüşün heyətini qururduq. Bu gün meydana çıxan Georgi 3-4 gün əvvəl komandaya gəlib. Fiziki durumu imkan vermir ki, əsas heyətə buraxaq. Ancaq artıq məcburam ki, onları oyuna salmaqla formaya salım. Bu vəziyyət də digər futbolçulara da təsir edir.

 

– İkinci hissədə hücumameyilli oyunçular daha çox meydana çıxdı. Növbəti matçda belə olacaq?
– Gələn oyunları artıq nəticə kimi düşünməli deyilik.

 

– Növbəti rəqib "Neftçi" də enişdədir. Komandanızın yenidənqurulmasına bu ağır səfər görüşündə getmək riskli deyil?
– Artıq özümüzü, komandanı fikirləşməliyik. Fikirləşməliyik ki, bu uşaqlardan bir optimal heyət quraq. Bəzi oyunçular oynamaqla formaya düşməlidir. Artıq düşünürəm ki, bəzi futbolçular yerini bilməlidir.

 

– "Neftçi"yə keçmək ehtimalınız var?
– Yox.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər