top
Samir Abasov Qarabağ - Sabah matçı haqqında fikirlərini bölüşdü Idman.biz
26 fevral 2026, 17:45
- ↺ +

Samir Abasov "Qarabağ" - "Sabah" matçı haqqında fikirlərini bölüşdü

"Çempionluğa real namizəd olan iki komanda qarşılaşacaq".

Bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis Misli Premyer Liqasında 22-ci turunda baş tutacaq "Qarabağ" - "Sabah" matçı haqqında fikirlərini bölüşüb.

"Doğrudan da, son illərin ən maraqla gözlənilən oyunlarından biri olacaq. Hər iki komanda üçün çox əhəmiyyətli matçdır. Buna baxmayaraq, bu qarşılaşmanı son oyun kimi qəbul etmək olmaz. Qarşıdakı matçlarda hər iki tərəf xal itirə bilər. Mübarizə son tura qədər davam edəcək. "Sabah" "Qarabağ"a qalib gəlsə, çempionluq ab-havasına düşəcəklər və onları saxlamaq çətin olacaq. Hər iki tərəfin şansları yüksəkdir. Amma ümumilikdə "Qarabağ"ı bir qədər üstün görürəm", - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.

S. Abasov "Qarabağ"ın "Nyukasl"la oyundan sonrakı yorğunluğunun "Sabah"la matça mümkün təsirindən də danışıb:

"Bunu deyənlər boş-boş danışırlar. "Qarabağ"ın yorğun olub-olmadığını məşqçi heyəti və futbolçularından başqa heç kim dəqiq deyə bilməz. Futbolçu vacib oyunlardan birinə çıxırsa, burada yorğunluğun nə dərəcədə rol oynadığını yalnız futbolun içində olanlar bilər".

Ötən ilin noyabrında "Neftçi" klubu ilə yollarını ayıran mütəxəssis hazırda yeni təklif almadığını bildirib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma martın 1-də baş tutacaq. Matç saat 19:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər