top
Samir Abasov: Komandanın içində qəmginlik var idi Sport24.az
01 noyabr 2024, 23:32
- +

Samir Abasov: Komandanın içində qəmginlik var idi"

"Araz-Naxçıvan"ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə çox əziyyət verdilər. Oyun haqda da danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxmışdı. Onsuzda "Sabah"la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı. Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. Bu yola çıxmışıq. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar. Bu gün üzülürük. Ən azından "Neftçi" olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni informasiyalar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram. Durum budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Bir az dözmək lazımdır. Özümə və futbolçularıma deyyirəm. Çox istəklidirlər. Zədəlilər var, onlar da tez sağalıb qayıtmaq istəyirlər. Bu periodu belə çətin oyunlarla, məğlubiyyətlərlə keçməliyik. Azarkeşlər də ümidlidir. Futbolçularım da çox üzülür. Çalışacağıq ki, vəziyyətdən çıxaq. Komanda kimi futbol göstərək, qalib gələk". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turunun "Araz-Naxçıvan"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

 

- Komanda birinci qolu buraxdıqdan sonra futbolçular təşvişə düşür. Psixoloji cəhətdən işiniz bitib?

Psixloji məsələ nəinki qol buraxanda, işimizin bir hissəsidir. "Sabah", "Səbail"lə oyunları deyirəm. Elə olmamışdı ki, bugünkü vəziyyətlə qarşılaşaq.
Futbol heyəti yazdın, meydana çıxdın oynamaqla deyil. Futbolçularda daim canlarına hopmuş stress, qorxu var ki, uduzarıq, qol buraxarıq, qol vura bilmərik, hökmən udmalıyıq. Təlaş da yəqin ondan irəli gəlir.

 

- Hakim idarəçiliyindən razı qaldız?

Referidən danışsam, bir yana yıxmaq kimi qələmə verərlər. Şikayət etmək istəmirəm. Amma referi çox pauza verirdi, vaxt uzanırdı. Azarkeşlərimiz tərəfindən də reaksiya verilməyə başlamışdı. Bu bizi coşdurur, narahat edir. Pauzalar çox idi. Amma bu, əsla uduzmağımıza səbəb deyil. Bu qədər pauzalar ola-ola 4 dəqiqə artırılması az idi.

 

- "Sumqayıt"da olarkən heyət kasadlığından şikayətlənmişdiniz. "Neftçi"dəki hazırkı heyət sizi qane edir, yoxsa qışda oyunçular alacaqsız?

Bu gün ümumiyyətlə transfer barədə fikirləşmirik. Çünki əlimizdə olan heyət say olaraq nəinki yetərlidir, hətta artıqdır. Hansı oyunçu gedəcək...Bunlar mediada yayılmağa başlayıb. Amma məsələn, hansısa oyunçunun üzərində durmuşuq ki, artıq bizə lazım deyil...Xeyr, belə bir şey yoxdur. Hamısı bu dövrdə sınaqdan keçməlidir ki, biz də qərara gələk. Heyət keyfiyyət baxımından da bugünkü günə yaxşıdır, say baxımından da yaxşıdır. Bu qədər oyunçumuz olsa da, zədəlilərimiz var. Rafael Quzzo sona qədər dözmədi, Emin Mahmudov zədələndi. Bunlar şikayət deyil. Bizdə qorxu var idi ki, güc olaraq çatdıra bilmərik. Zədəyə görə. Oyundan-oyuna bunları dərd etməyə başlamışıq. Qarşıdakı oyunda Emil Səfərov, Emin Mahmudov olmayacaq. Burada da problemlər olacaq. Nə edək? Bu periodu keçməliyik.

 

- Emin Mahmudovun zədəsi nə yerdədir?

Bu cür zədələr uzunmüddətli olmasa da, dərhal sağalan da deyil. Öz dediyinə görə, ciddi zədəyə oxşayır. Çünki topa zərbə vuranda,dartdı, hiss etdi. Allah şəfa versin. Emin yerli və dəyərli futbolçumuzdur, onu itirmək istəmərəm. İstəmədiyimiz halda belə oldu. 

 

- Komanda sizin istədiyiniz səviyyədə deyil?

100 faiz istədiyimiz səviyyədə olmayacaq. Bir-iki oyunla heç nə olmur. Rəqib nə dərəcədə oynamağa imkan verir? İstədiyinizi dərhal meydana qoya bilməzsən. Bu qədər məğlubiyyətlərdən sonra tələskənlik, qol buraxdıqdan sonra reaksiya...Məşqçi dediyi ikinci plana düşür, futbolçunun istəyi ön plana çıxır. Hamısı eyni səviyyyəli futbolçulardır. Zədəlilər var. Digərləri onun öhdəsindən gəlməlidir. Uzun müddət oynamayan oyunçular var. Matçın gedişatında performansında hiss olunur.

 

- Ramil Şeydayev ən çox tənqid olunan futbolçulardandır. Bir neçə hücumun kəsərini öldürdü. Onunla bağlı düşüncələriniz necədir?Topu itirən kimi motivasiyadan düşür...

Nəinki Ramil digər futbolçular haqda da 1-2 oyunla, 5-6 məşqlə qərar verə bilmərəm. Bir futbolçu haqda öz fikirlərimi də deyə bilmərəm. Çünki onunla işləməliyəm və ən yaxşısını ondan almalıyıq. Oyunun içində proseslərə gəldikdə, vaxt lazımdır. Siz gördüyünüzü biz də görürük. İnanıram ki, futbolçu özü də görür. Bunları aradan qaldırmaq üçün zaman lazımdır. Oyundan-oyuna həll edəcəyik. Ramil haqda heç də pis fikirdə deyiləm. O, bu komandanın içində bacardığı qədər canını qoyan, özünü "öldürən", alışıb-yanan futbolçulardandır. Gördüyümü deyirəm. Fərdi olaraq kiminsə üzərində dayanmaq istəmirəm. Vaxtı və yeri də deyil.

 

- AFFA-nın vitse-prezident Balakişi Qasımov bugünkü müsahibəsində futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırıb. Özünüzü günahkar hesab edirsiz?

Məni demir, məndən yaşlıları deyir. 100 faiz.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Bu gün, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Futbol
Bu gün, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
Dünən, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
Dünən, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Futbol
Dünən, 20:27

“Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı 20:00, oktyabrın 3-də müəyyən edildi

Voleybol
Dünən, 19:58

U-18 çimərlik voleybol komandaları Avropa çempionatında iştirak etdi

Futbol
Dünən, 18:29

İspaniya milli futbol komandası baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadıldı

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Futbol
Dünən, 15:15

“Sumqayıt”ın iki futbolçusu milli komandalarına dəvət alıb

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Oxşar xəbərlər