top
Samir Abasov: “İnsanların barəmdə yalnış fikirə düşməsini istəmirəm” Sport24.az
11 sentyabr 2024, 14:40
- ↺ +

Samir Abasov: “İnsanların barəmdə yalnış fikirə düşməsini istəmirəm”

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Sport24.az-a müsahibə verib. 46 yaşlı mütəxəssis həm milli komandaların oyunlarına görə Premyer Liqada yaranan fasiləni dəyərləndirib, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- Yığma komanfdaların oyunlarına görə çempionatda yararnan fasilədən istədiyiniz kimi yararlana bildiz?

- Bizə belə fasilə lazım idi. Ən azı oyunçularımı bir qədər futboldan kənar tutmaq, toparlanmaq, üzərlərində olan təzyiqi atmaq və özlərinə gəlmək üçün tənəffüs yerinə düşdü. Amma bunun nə dərəcədə faydalı olacağını qarşıdakı çempionat oyunları göstərəcək.

 

- Fasilə dönəmində "Araz-Naxçıvan"la yoxlama oyunu keçirdiz və böyük hesabla məğlub olduz...

- Sərəncamımızda olan futbolçular arasında oyun praktikasından əziyyət çəkənlər var. Yeni transferlərimizi oyun ab-havasına qoşmaq istəyirdik. Ona görə də fasilədən maksimum istifafə etməklə sınaq matçı keçirmək istədik. Araz-Naxçıvan"a təşəkkür edirik ki, təklifimizə müsbət yanaşdı.  Məğlubiyyət mənim üçün əsas deyildi. Başlıca məqsədim oyunçuların praktika qazanması və oynaması idi.

 

- Yoxlama matçında yeni transferləri də iş başında gördük. Komandaya yeni qoşulan legionerlər sizi qane etdi?

- Qane olmuşuq ki, onlar burdadılar və ümumi proyektimizin bir hissəsidilər. İlk hissədən sonra yeni qoşulanlar oyun tempinə ayaqlaşa bilmədiklərini bildirdilər. Miloşun ayağı doldu, Alan tənginəfəs olmağa başladı, Nimelinin gücü tükəndi. Biz bilirdik ki, məhz belə olacaq. Demək olar, hamısı uzun müddətdi oyun təcrübəsindən məhrumdular.

 

- Həmişə çılğın görməyə adət etdiyimiz Samir Abasov yoldaşlıq görüşündə qeydə alınan 5:1 hesablı məğlubiyyəti çox sakit qarşıladı…

- Bəli, sakit qəbul etdik. Zatən oyun zamanı boşluqaları, çatışmazlıqları görürdük. Öz-özümüzə də deyirdik ki, bu insan bəlli məsafəyə qaça bilmirsə, biz ona necə deyək ki, qaç və ya qınamağa başlayaq. Məşqlərdə reallıqları görürük, göstəricilər qarşımızdadır. Odur ki, bilirdik ki, bəzi oyunçular hazır deyillər. Məhz onları çempionata hazır etmək, kondisiyaya çatdırmaq üçün yoldaşlıq oyununa ehtiyac duyduq. Həmin futbolçuların özlərinə də başa saldıq ki, məşq ilə oyunun fərqi budur. Saatyarımlıq məşqlərdə özlərini yaxşı hiss etsələr də, sınaq matçında vəziyyətin nə qədər fərqli olduqlarını hiss etdilər və gördülər. Odur ki, yoldaşlıq görüşündəki reallığı sakit qəbul etməliydik.  Hələlik bəzi futbolçular komandanın oyun ritminə uyğunlaşmayıblar. Amma çempionat matçlarında riskə gedərək onlara şans verməklə formaya salmalıyıq.

 

- Son günlər adınız "Neftçi" ilə yanaşı hallanır. yayılan söz-söhbətə görə, klub rəhbərliyi Roman Qriqorçuka iki oyunluq şans verib. Söylənilənlərə inansaq, ukraynalı mütəxəssis qarşıdakı iki turda da  uğur qazanmasa yola salınacaq və "sükan arxasına" sizi dəvət olunacaqsız. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Mənim kluarlarda danışılanlardan xəbərim yoxdu. "Neftçi"də baş verən proseslərdən uzağam. Nə klubda yaşananlardan xəbərim var, nə də buna ixtiyarım çatır. Bunu Roman Qriqorçuka görə yox, ümumi olaraq demək istəyirəm ki, hər bir baş məşqçiyə yeni klubda özünü doğrultmaq üçün vaxt verilməlidir. Bilmirəm adım "ağ-qaralar"la necə hallanır, kimlər bunu edir. Bilmirəm bunu necə adlandırım. Mən "Neftçi"nin içində deyiləm. Ona görə bu məsələylə bağlı nəsə deyə bilmirəm. Bu gün "Sumqayıt" da bir neçə tur ardıcıl məğlub olsa, mənim də barəmdə söz-söhbətlər başlayacaq. Bu gün hətta yaxşı formada olan və turnir cədvəlində zirvədə qərarlaşan "Turan Tovuz"da da söz-söhbət var. Bu barədə verilişlərin birində danışırdılar. Yenilgi üzü görməyən komanda barədə belə söhbətlər gəzirsə, yeni mövsümdə qalibiyyət üzünə həsrət qalan klub haqda bu cür söhbətlərin ortaya çıxmasında qeyri-adi heç nə yoxdu. Mənim "Neftçi"də dostlarım var. İstər klubun əməkdaşları, istərsə də azarkeşlər arasında xətrimi istəyənlər çoxdur. Ona görə də məhz sizin sayt vasitəsiylə bildirmək istəyirəm ki, kimlərsə adımı "Neftçi" ilə yanaşı hallandırmasın. İnsanların barəmdə yalnış fikirə düşməsini istəmirəm. Bəziləri elə başa düşər ki, təşəbbüs məndən gəlir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Oxşar xəbərlər