top
Samir Abasov futbolçularına təşəkkür etdi Sport24.az
31 iyul 2024, 23:46
- ↺ +

Samir Abasov futbolçularına təşəkkür etdi

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Fehervar" (Macarıstan) – "Sumqayıt" oyunundan (0:0) sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

 

– Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik, lakin, böyük itkilərimiz də var idi. Ümumiyyətlə, Konfrans Liqasına hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, üstəlik Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması... Çox şeyi dəyişib oyuna çıxmalı idik. Başqa variantla oyuna yanaşmalı olduğumuzu düşündük. Futbolçular gücləri çatanı etdilər. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

 

– İki oyunda da yaxşı oynasanız da, mərhələ keçə bilmədiniz. Sizi üzən nə oldu?
– Çarəsizlik, gördüyümüz şeyləri düzəldə bilməməyimiz. Futbolçular öz mövqelərində oynasaydılar, nələrsə mümkün ola bilərdi. Çətinliyimiz bunlar oldu. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım. Düşünürdük ki, azı bir mərhələ keçərik. Təəssüflər olsun ki, mənim hər dəfə başıma gələn eyni vəziyyət təkrarlanır.

 

– İki matçda da dəyişiklikləri sona az qalmış etdiniz. Bu, nə ilə bağlıdır?
– Bəzi futbolçuların gücünü itirməsinə görə. Baş məşqçi kimi əmin edirəm ki, bilsəm ki, kənardan gələn nəyisə dəyişə biləcək, daha tez edərəm. Amma görürsən ki, 10-cu dəqiqədə dəyişsən də, 90-da dəyişsən də, heç nə olmayacaq. Buradakı əvəzetmələri etməkdə gecikdiyimizi düşünürsünüzsə, olsun. Amma birinci matçda da məcburiyyətdən əvəzetmələr oldu. Yeni transferimiz bir həftədir bizimlədir, artıq iki oyun keçirib.

 

– Turun qırılma anı nə olu?
– İlk oyuna müdafiəçimizin qırmızı vərəqə alması. Məğlubiyyət yox, sadəcə "qırmızı"ya görə. Çünki bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan. Yeni transferimiz Slavko yorulmuşdu, əvəz edilməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir. Hər oyun təcrübədir. Burada yanan, əziyyət çəkən bircə Sumqayıtın komandasıdır.

(apasport)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Oxşar xəbərlər