top
Sami Mmaenin müsahibəsi: Qarabağa gəlmək ən düzgün qərar idi Idman.biz
31 iyul 2025, 09:27
- ↺ +

Sami Mmaenin müsahibəsi: "Qarabağ"a gəlmək ən düzgün qərar idi

"Qarabağ"ın Xorvatiyanın "Dinamo Zaqreb" klubundan icarəyə götürdüyü Sami Mmaenin Teleqraf-a müsahibəsi

- "Qarabağ"da debüt etdiniz. Fikirləriniz necədir?

- ⁠Düşünürəm ki, matçı idarə edən tərəf idik. Topa daha çox sahib olduq. Əlbəttə, daha yaxşı oynaya bilərdik. İlk qoldan sonra bizim üçün asan oldu: Topu daha çox özümüzdə saxladıq. Top fərqi daha çox ola bilərdi. Artıq növbəti mərhələyə hazırlaşacağıq.

- ⁠Növbəti mərhələdə Şimali Makedoniya "Şkendiya"sı ilə qarşılaşacaqsınız. Bu rəqibi daha rahatlıqla məğlub edəcəyinizi demək olarmı?

- ⁠Hər bir rəqibə hörmətlə yanaşırıq. Asan komanda yoxdur.

- ⁠"Qarabağ"a uyğunlaşma prosesiniz necə davam edir?

- ⁠Komandada ab-hava çox yaxşıdır. Hamı məni yaxşı qarşıladı. Hər kəs çalışır ki, yeni gələn futbolçuya dəstək olsun. Ona görə də adaptasiya prosesim tez keçdi.

- ⁠Ötən il "Qarabağ"la UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində qarşılaşmışdınız. Nəticədə "köhlən atlar" 0:2 və 0:3 hesablı məğlubiyyətlərlə ÇL-də mübarizəni dayandırmışdı. Komandanın hazırkı durumu barədə əvvəlcədən məlumatınız var idi, yoxsa gəlməmişdən qabaq hansısa futbolçudan nəyisə dəqiqləşdirmişdiniz?

- Kadi Borges və Abdullah Zubiri çox yaxşı tanıyıram. Zubirlə danışarkən dedi ki, "Qarabağ" çox yaxşı komandadır. Ambisiyalı, çox böyük klubdur. Ona görə də burada oynayır, uğur qazanırlar. Fikrimcə, bura gəlmək ən düzgün qərar idi. Böyük klubdur, şadam ki, buradayam.

- ⁠Ötənilki "Qarabağ"la indiki arasında hansı fərq var?

- ⁠Demək çətindir. Amma mən ötən il "Dinamo Zaqreb"də idim. Bu gün isə "Qarabağ"ın şərəfini qoruyuram. Keçən il "Qarabağ"a qarşı oynayarkən də görmüşdüm ki, Ağdam təmsilçisi keyfiyyətli komandadır, keyfiyyətli futbolçuları var. Bu gün də belədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Oxşar xəbərlər