"Şamaxı"nın yay hazırlıq planı məlum olub. Bu barədə klubun mətbuat xidməti məlumat verilib.
Təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-də bitəcək.
Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların vaxtı hələlik məlum deyil.