top
Şamaxının isveçrəli hücumçusu Azərbaycan liqası, hakimlər və Abdullah Zubiri haqqında Idman.biz
24 sentyabr 2025, 12:21
- ↺ +

"Şamaxı"nın isveçrəli hücumçusu Azərbaycan liqası, hakimlər və Abdullah Zubiri haqqında

"Azərbaycan liqasında oynamaqdan zövq alıram, bu mənə uyğun bir liqadır".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın isveçrəli hücumçusu Kərim Rossi futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Araz-Naxçıvan"la oyuna necə hazırlaşırsınız?

– Bu oyuna yaxşı hazırlaşırıq. Evdə oynayacağıq, yaxşı çıxış etmək istəyirik. Qarşıda güclü komandaya qarşı çətin oyun olacaq, amma biz hazırıq.

– 5 turdan sonra komandamız 5 xal toplayıb və hazırda 12 komanda arasında 9-cu pillədədir. Bu nəticəni necə qiymətləndirirsiniz?

– 5 oyundan 5 xal göstərdiyimiz performansı əks etdirmir. "Sabah" ilə oyunda ən azı 1, "Zirə" ilə matçda isə 3 xal qazanmağa layiq idik. Biz hər komanda ilə rəqabət aparmağı bacardığımızı göstərmişik. Komandamdan əminəm, yaxşı heyətimiz var və bu mövsüm insanları təəccübləndirə bilərik.

– Komandamızın əsas oyunçularından biri hesab edilirsiniz və artıq 2 qol vurmusunuz. Məqsədiniz bombardirlər siyahısında daha yüksək pilləyə yüksəlməkdir?

– Vəzifəm qol vurmaqdır və ümid edirəm ki, bunu komanda yoldaşlarımın köməyi ilə davam etdirə biləcəyəm. Daha çox qol vurmaq üçün çalışmaqda davam edirəm. Hücumçu üçün ikirəqəmli qol sayı həmişə yaxşı mövsümün göstəricisidir.

– Azərbaycan Premyer Liqası barədə ümumi fikirləriniz necədir? Nədən razı, nədən narazısınız?

– Azərbaycan liqasında oynamaqdan zövq alıram, bu mənə uyğun bir liqadır. İndiyə qədər oynamaqdan böyük həzz almışam. Liqa çətindir və hər komanda hər kəsi məğlub edə bilər. Artıq "Qarabağ"ın bir neçə xal itirdiyini gördük. Bu 5 oyun ərzində isə hakimlərdən və onların "Şamaxı"ya yanaşmasından məyus oldum. Bu, bir çox hallarda ədalətsiz olub.

– Çempionatda əsas rəqib kimii hansı komanda və futbolçuları görürsünüz?

– Komanda olaraq hər komanda ilə rəqabət apara bilərik. "Neftçi" və "Zirə" ilə oyunlarda bunu sübut etdik. Bu liqada David Volkov, Felipe Santos, Aleks Souza kimi çox yaxşı oyunçular var. Ümid edirəm ki, öz keyfiyyətimi göstərərək komandaya kömək etmək üçün qol vurmağa davam edəcəyəm. Amma mən Abdullah Zubiri sevirəm, o, əsl klass oyunçudur və mənim üçün hələ də liqadakı ən yaxşı oyunçulardan biridir. Komandanı idarə edə bilir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər