top
Şamaxıda Jurnalistlər arasında Minifutbol Turnirinə Start Verildi Report.az
19 iyul 2025, 18:58
- ↺ +

Şamaxıda Jurnalistlər arasında Minifutbol Turnirinə Start Verildi

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri start götürüb.

"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda XIX əsrin ilk nəşrləri - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşad Əliyev turnirin açılışında bütün iştirakçıları salamlayaraq Milli Mətbuatın 150 illiyi münasibətilə bütün jurmnalistləri təbrik edib. O Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media və idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğını qeyd edib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da çıxışında turnirdə iştirak edən bütün jurnalistlərə uğurlar arzulayıb. Ş.Hüseynov bildirib ki, əsası "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımız zəngin tarixi yol keçib.

Digər təşkilatçı "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaq. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.

Açılışda çıxış edən Xalq artisti İlham Namiq Kamal qeyd edib ki, bu ərəfələrdə Azərbaycanda milli mətbuatın yubileyi geniş qeyd edilir. O vurğulayıb ki, istər mədəniyyət sahəsindən, istər idman və ictimai-siyasi sahələr üzrə fəaliyyət göstərən Azərbaycan jurnalistləri xüsusi diqqətə layiqdirlər.

Xalq artistinə turnirin iştirakçılarının imzalı topu hədiyyə olunub.

Yarışın informasiya dəstəkçisi olan "Teleqraf" İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə qeyd edib ki Şamaxı hər zaman ölkə ədəbiyyatına və mediasına yaradıcı insanlar bəxş edib. Onun sözlərinə görə, qələm sahiblərinin də məhz Şamaxıda toplaşması rəmzi məna daşıyır.

Azərbaycanın tanınmış şairi Şəhriyar del Gerani də çıxışında Şamaxının söz ustalarının beşiyi olduğunu qeyd edib və jurnalistlərin son dövrlər bu rayonda bir sıra mühüm tədbirlər təşkil etdiyini vurğulayıb.

Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim olunub.

Turnirin açılış oyununda topa rəmzi toxunuşu İlham Namiq Kamal edib.

İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət "Ziya" komandası televiziya işçilərindən formalaşan "Kaspi" ilə qarşılaşıb. Oyun 8:2 hesabı ilə televiziyaçıların xeyrinə yekunlaşıb.

Sonra idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" ilə qarşılaşıb. Bu matçda da idman sahəsi üzrə ixtisaslaşmış jurnalistlər daha güclü olub - 3:2.

Beləliklə, iyulun 20-də keçiriləcək final oyununda "Kaspi" və "Kəşkül", 3-cü yer uğrunda oyunda isə "Ziya" ilə "Əkinçi" komandaları üz-üzə gələcək.

Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Oxşar xəbərlər