Bu gün Premyer Liqanın VI turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Şamaxıda keçiriləcək.
Bölgənin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandaların görüşü maraqla gözlənilir. "Şirlər" qalib gələcəyi halda "kimyaçılar"dan önə çıxacaq. Samir Abasovun komandası isə 3 xal qazanacağı halda turnir cədvəlində mövqeyini bir qədər də yaxşılaşdıracaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
16:30. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı. Şəhər stadionu
"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov