Azərbaycan Premyer Liqasının təmsilçiləri "Zirə" və "Şamaxı" yoxlama oyununda üz-üzə gəliblər.
İdman.biz xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
"Şamaxı" 2:1 hesabı ilə üstün olub. Komandanın qollarını Karim Rossi və Andrey Tirkoveanu vurublar. "Zirə"nin heyətində isə penaltidən Ceyhun Nuriyev fərqlənib.
Qeyd edək ki, mövsümün ilk turunda "Şamaxı" səfərdə "Neftçi", "Zirə" isə "Araz-Naxçıvan"la qarşılaşacaq.
İdman.biz