"Şamaxı" klubu yeni transferini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin üzvü Cəlal Hüseynov heyətə cəlb olunub.
Bolqarıstanın "Arda" klubuna məxsus olan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.
Qeyd edək ki, Cəlal Hüseynov 2022/2023 mövsümündə də "Şamaxı" forması ilə 34 oyuna çıxıb.