AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı" klubunun komandasına texniki məğlubiyyət verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.
Bundan əlavə, U-13 Liqasında "Sumqayıt City" də texniki məğlubiyyət alıb. "Gənclik şəhəri" təmsilçisi "Məhəllə Uşaqları" ilə matçda təyin olunanda vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.