"Şamaxı" transfer çalışmalarını davam etdirir.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, mövsümün startına az qalmış bölgə klubu daha bir keçidi tamamlayıb.
"Şirlər" qapıçı Səlim Həşimovla anlaşıb.
"Qarabağ"da futbola başlayan gənc qapıçı 2020-ci ildən"Zirə"nin formasını geyinib.
18 yaşlı futbolçu bütün aşağı yaş millilərində çıxış edib.
İdman.biz