"Şamaxı" yeni transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi hücumçu Nihat Mehralıyevi heyətinə qatıb. 20 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.