top
Şamaxı - Neftçi oyunu heç-heçə başa çatdı: 2:2 - YENİLƏNİB + VİDEO Idman.biz
28 fevral 2026, 16:33
- +

"Şamaxı" - "Neftçi" oyunu heç-heçə başa çatdı: 2:2 - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Neftçi" qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda hesab ikinci hissədə açılıb. 60-cı dəqiqədə Vensan Abubakar "Neftçi"ni hesabda irəli çıxarıb - 0:1. 75-ci dəqiqədə isə Sezar Enrike fərqlənərək "Şamaxı"nın bərabərlik qoluna imza atıb - 1:1.

Matçın son dəqiqələri daha dramatik alınıb. 90+1-ci dəqiqədə Vensan Abubakar özünün ikinci qolunu vuraraq qonaqları yenidən önə keçirib - 1:2. Lakin oyunda son söz meydan sahiblərinindir. 90+8-ci dəqiqədə Karim Rossi penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib - 2:2.

Beləliklə, tərəflər hərəyə bir xalla kifayətləniblər.

16:28

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyununda hesab yenidən bərabərləşib.

İdman.Biz xəbər verir ki, 90+8-ci dəqiqədə "Şamaxı"nın futbolçusu Karim Rossi penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına bərabərlik qazandırıb - 2:2.

16:21

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 90+1-ci dəqiqədə Vensan Abubakar "Neftçi" klubunu hesabda irəli çıxarıb - 1:2.

16:04

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyununda hesab bərabərləşib.

İdman.Biz xəbər verir ki, 75-ci dəqiqədə "Şamaxı"nın futbolçusu Sezar Enrike qol vurub - 1:1.

15:50

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 60-cı dəqiqədə Vensan Abubakar "Neftçi" klubunu hesabda irəli çıxarıb - 0:1.

15:32

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyununda ikinci yarı start götürüb.

İdman.Biz xəbər verir ki, ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.

15:18

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyununda fasilə elan olunub.

İdman.Biz xəbər verir ki, ilk hissə 0:0 hesabı ilə yekunlaşıb.

14:31

Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" - "Neftçi" oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Kamranbəy Rəhimov idarə edir.

13:52

"Şamaxı" Misli Premyer Liqasının 22-ci turunda Şamaxı şəhər stadionunda "Neftçi"ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 14:30-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub

09:40

Bu gün futbol üzrə Misli Premyer Liqasının 22-ci turunun oyunu "Şamaxı" "Neftçi" arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamranbəy Rəhimov idarə edəcək.

"Şamaxı" 25 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 30 xala malik "Neftçi" isə yeddincidir.

Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur

28 fevral (şənbə)
14:30. "Şamaxı" - "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayı"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:56

Roma Krisensio Sammervil üçün Vest Hem Yunaytedə 46 milyon avro təklif edib

Futbol
Bu gün, 22:23

Şamaxı FK-yə yeni transfer

Futbol
Bu gün, 22:12

Mahir Emreli Polşada yeni klubuna keçib

Futbol
Bu gün, 22:00

Mahir Emreli “Rakuv”a icarəyə keçdi

Futbol
Bu gün, 21:45

Zidandan Fransa millisinə rəhbərlik edəcəyi tarix məlum olub

Güləş
Bu gün, 21:26

Fatimə Alkərəmova Belarus Açıq Üzgüçülük Kubokunda bürünc medal qazanıb

Futbol
Bu gün, 21:25

Ruslan Voronsov "Karvan-Yevlax"da

Digər
Bu gün, 21:08

Yuri Vernidub: “Neftçi”nin asan qarşılaşmaları yoxdur

Futbol
Bu gün, 20:56

Rodriqo 2026-cı ildə oyunlara qatılmayacaq

Futbol
Bu gün, 20:52

Canluka Mançini “Roma” ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb

Boks
Bu gün, 20:30

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazanıb

Futbol
Bu gün, 20:26

"Neftçi" - "Dinamo" matçının biletləri satışda

Futbol
Bu gün, 20:13

İspaniya millisinin məşqi hava şəraiti səbəbindən təxirə salınıb

Futbol
Bu gün, 19:55

Xavi milli komandaya rəhbərlik etməyə hazirdir

Digər
Bu gün, 19:28

Neftçi-nin yeni mövsümdə hədəfi açıqlanıb

Futbol
Bu gün, 19:22

İnfantino BOK sanksiyalarından yayına bilər

Futbol
Bu gün, 18:45

Mançester Yunayted” Reşforda mövsüm öncəsi ümid edir

Digər
Bu gün, 18:28

Beynəlxalq "Olimpiya Ümidləri" karate turniri started

Futbol
Bu gün, 18:13

Vozinya Ronaldo ilə görüşdü

Futbol
Bu gün, 17:58

Fiorentinada yeni transfer: Kristian Oulaini 30 milyon avroya alındı

Basketbol
Bu gün, 17:35

Azərbaycan U-20 basketbol millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq

Futbol
Bu gün, 17:28

Neftçi - Dinamo oyunnarının heyəti açıqlandı

Futbol
Bu gün, 17:00

Neftçi - Dinamo Oyunu Biletləri Satışa Çıxarılıb

Futbol
Bu gün, 16:59

Neftçi - Dinamo oyunu biletləri satışa çıxdı

Oxşar xəbərlər