top
Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı Idman.biz
Bu gün, 09:33
- ↺ +

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

"Düşünürəm ki, ilk dövrə komandamız üçün uğurlu keçdi. Bir-iki qarşılaşmanı çıxmaq şərtilə, digər oyunlarda yaxşı performans sərgilədiyimizi düşünürəm. Ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razıyam".

Bu sözləri "Şamaxı"nın futbolçusu Uğur Cahangirov deyib.

25 yaşlı hücumçu "Sabah"la 2:2 hesablı heç-heçəni dəyərləndirib.

"Səfərə yollanarkən baş məşqçimiz bizi ən azı bir xalla qayıtmağa kökləmişdi. Nəticədə istəyimizə nail olduq. Bununla belə, düşünürəm ki, qələbə qazanmaq üçün də imkanlarımız var idi. Təəssüf ki, fürsətdən yararlana bilmədik. Xarakterli komandamız var. "Neftçi" ilə qarşılaşmada da iki dəfə hesabda geri düşməyimizə baxmayaraq, bərabərliyi təmin etmişdik. Lakin son dəqiqələrdə məğlub olmuşduq. Bu dəfə isə ən azı bir xal qazanmağı bacardıq", - deyə o futbolinfo.az-a açıqlamasında bildirib.

Cahangirov mövsümün ilk yarısında komandanın əldən buraxdığı xalların səbəblərinə toxunaraq müdafiə xəttindəki problemləri aradan qaldırmağın vacibliyini vurğulayıb:

"Bir-iki qarşılaşmada potensialımızdan aşağı çıxış etdik. Həmin oyunlarda da xal qazana bilsəydik, hazırda turnir cədvəlində daha yüksək pillədə qərarlaşardıq. Bunun üçün ilk növbədə müdafiədə daha diqqətli olmalıyıq. Demək olar ki, hər oyunda qol vurmağı bacarırıq, lakin eyni zamanda qapımızda da çox qol görürük. Bu çatışmazlığı aradan qaldırmalı, müdafiə oyununu yaxşılaşdırmalıyıq. Bunun üzərində ciddi işləməliyik. Müdafiədəki problemləri həll edə bilsək, daha yaxşı nəticələr qazanarıq".

Uğur "Şamaxı"nın hədəflərindən və azarkeş dəstəyinin əhəmiyyətindən də danışıb:

"Əsas hədəfimiz turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Komandamız baxımlı futbol sərgiləyir. Turnir cədvəlində komandalar arasındakı xal fərqi də böyük deyil. Buna görə hər xalın xüsusi əhəmiyyəti var. Azarkeşlərimizi stadionda bizi dəstəkləməyə çağırırıq. Onların dəstəyi bizim üçün çox önəmlidir".

Şəxsi çıxışını dəyərləndirən futbolçu mövsümün qalan hissəsində daha yaxşı performans sərgiləməyə çalışacağını bildirib:

"Açığı, fərdi performansımdan tam razı deyiləm. Bununla belə, son turlarda formamı getdikcə yaxşılaşdırdığımı düşünürəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Oxşar xəbərlər